Accessibility links

Sabiq ABŞ prezidenti Santa Klaus geyimində xəstə uşaqlara sürpriz edib


Sabiq ABŞ prezidenti Barak Obama üzərinə yeni bir yüksək profilli rol götürüb və Vaşinqton şəhərində xəstə uşaqlara sürpriz edib.

Başında Santa Klaus papağı və əlində hədiyyə ilə dolu torba ilə Uşaq Milli Xəstəxanasına daxil olan sabiq prezident gənc pasientlərə hədiyyələr verib, onları qucaqlayıb.

Barak Obama bir ata olaraq xəstəxana işçilərinin əməyinin vacibliyini vurğulayıb.

Tvitter hesabında paylaşdığı videoda Santa Klaus geyimində olan və onun kimi özünü aparan Barak Obama xəstəxana işçiləri tərəfindən sevinclə qarşılanıb.

Onlara gördükləri işlərinə görə təşəkkür edən sabiq prezident onlarla bərabər hətta klassik “We Wish You a Merry Christmas” mahnısını oxuyub.

“İki qız atası kimi mən belə bir vəziyyətdə onların qayğısına qalan, onları dinləyən və onların yanında olan, əllərindən tutan tibb bacıları və işçilərinin, həkimlərin və insanların gördükləri işlərin vacibliyini təsəvvür edirəm. Bu çox mühümdür,” deyə Barak Obama bildirib.

Uşaqların Milli Tibb Mərkəzi ABŞ-da beş ən iri uşaq hospitallarından biridir. Təkcə 2017-ci ildə xəstəxanada 220,000 uşaq müalicə alıb.
Uşaqların Milli Tibb Mərkəzi ABŞ-da beş ən iri uşaq hospitallarından biridir. Təkcə 2017-ci ildə xəstəxanada 220,000 uşaq müalicə alıb.

44-cü ABŞ prezidenti hələ də paytaxt Vaşinqtonda yaşayır.

Ötən il sabiq prezident Santa Klaus geyimində Boys & Girls klubunda orta məktəb şagirdlərini ziyarət etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG