Accessibility links

Sabiq prezidentin insanlara ümid verən layihəsi


Sabiq prezidentin insanlara ümid verən layihəsi
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Sabiq prezidentin insanlara ümid verən layihəsi

Bu ildə bir həftə çəkən hadisədir, lakin sabiq prezident Cimmi Karter və onun xanımı sabiq birinci xanım Rozalin Karterin “Habitat for Humanity” layihəsi onların irsinin ən mühüm aspektlərindən birinə çevrilib.

Tikinti işlərinin səsi kantri musiqi ulduzu Qart Bruks üçün musiqidir. Onun fikrincə burada eşitdiyimiz səs sevginin özüdür.

Tək ana Erika Santistepan üçün isə bu səs ümid səsidir. Erika özünü lotereya qalibi kimi hiss edir. O deyir ki, bu onun üçün hər şeydir.

Brukslar tirləri quraşdırdıqdan sonra Santistepanın yeni evinin damı meydana gələcək.

Erika Santiestepan deyir ki, o adətən heç nə udmur, amma bu gün o qalibdir.

Lakin o hər şeyi pulsuz əldə etmir. "Habitat for Humanity" təşklilatının faizsiz krediti sayəsində Santistepanın iopoteka ödəməkdə davam edəcək.

Təşkilatın könüllüsü Trişa Yearvud bunu müftə xetriyyəçilik deyil, yardım hesab edir.

Yüzlərlə könüllü arasında olan kantri musiqi ifaçısı Trişa Yervud və onun yoldaşı Qart Bruks 1984-cü ildə sabiq president və birinci xanımı tərəfindən yaradılmış Cimmi və Rosalinin “Habitat for Humanity” layihəsində çalışırlar.

Habitat For Humanity təşkilatının direktoru Conatan Reckford bildirir ki, bu vaxt ərzində onlar 13,2 milyon insanla əl-ələ verərək yeni, yenilənmiş və ya təmir edilmiş evlər qurublar və indi hər 50 saniyədə bir yeni razılaşma əldə edirlər və həqiqətən heç kim prezident və xanım Karterdan daha çox iş görmür.

Nə isti havalar, nə yaşları, nə də xərçəng xəstəliyi onları Suzan Teylor kimi könüllülərlə birgə ABŞ və 14 ölkədə ev tikməkdən çəkindirməyib.

Təşkilatın könüllüsü Suzan Teylor deyir ki, bir dəfə Cim Karter bacardığı qədər və mümkün qədər çox kömək edəcəyini söylədi, çünki imanı ondan bunu tələb edir. Suzan bunun bizim hamımız üçün divandan bir neçə dəfə artıq durub dünyanı yaxşılığa doğru dəyişmək, nəsə xeyirli iş görmək üçün gözəl nümunə olduğunu düşünür.

Sabiq prezident Cim Karter: “Düşünürəm həyatda hər kəsə sonradan gələcəkdə təşəkkür ediləsi və qürür duyası, keçə biləcəyin çətinlik, müəyyən həyəcan, xüsusi bir hadisə lazımdır. Bu proyekt mənim üçün bu anlamdadır.”

Erika Santistepan bu layihədən öncə Karerlər haqda heç nə bilmirdi. Lakin indi o Karterlərin şəfqəti ilə tikilmiş evdə yaşayacaq. O deyir ki, onlarsız o bunu edə bilməzdi. Onun evi olmazdı. Erika gələn il harada olacağını bilmirdi. O Karterlərə ürəkdən təşəkkür edir. Bu onun üçün çox şey deməkdir.

Sabiq prezident Cim Karter deyir ki, onlar ağlamağa başlayanda onların üzündəki o ifadəni görüb o da göz yaşlarını saxlaya bilmir. Bu onun üçün dərin bir hissdir və o bu layihə barədə özünü çox emosional hiss edir.

Bu layihə ilə İndiana ştatının Mişavaka şəhərində bu il yeni tikilmiş 23 ev, işıqsız və susuz böyümüş sabiq president Karterin 1984-cü ildən bəri tikdiyi 4 mindən çox evə əlavə olundu.

XS
SM
MD
LG