Accessibility links

DAK sədri uyğurlarla görüşlər keçirir


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı Doğu Türküstanda səfərdədir

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Doğu Türküstanda (Çində) səfərdədir. Səfərdə məqsəd Azərbaycan və uyğur türkləri arasında bir çox sahələrdə, o cümlədən ədəbi sahədə əməkdaşlığın inkişaf etdirilməsidir.

DAK mətbuat xidmətinin məlumatına görə, millət vəkili səfər çərçivəsində ilk görüşünü Urumçi şəhərində azərbaycanlı və uyğur iş adamlarının iştirakı ilə keçirb. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı perspektivlər müzakirə edilib.

Daha sonra Tanrı dağı, qədim Kaşğar şəhərində Yusif Balasaqunlu və Mahmud Kaşğarinin məzarlarını ziyarət edilib, məşhur yazıçı, naşirlərlə görüş keçirilib. Bu görüşdə Azərbaycan-uyğur ədəbi əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb, bədii nümunələrin oxuculara tanıtdırılması məqsədilə tərcümə ədəbiyyatının inkişaf etdirilməsinin vacibliyinə toxunulub.

Mətbuat Xidməti bildirir ki, görüşdə Sabir Rüstəmxanlıya bildiriblər ki, artıq onun “Göy tanrı” əsərinin uyğur dilinə tərcümə edilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, iyunun sonunda uyğur türklərinin yaşadığı Doğu Türküstanda daha bir qətliam baş verib. Çin hakimiyyəti ölkənin şimal-qərbində Uyğur-Sincan Muxtar Əyalətinin mərkəzi Urumçi şəhərindən 280 km aralıda yerləşən Turfan şəhərinin Lukqun qəsəbəsində uyğurlara qarşı yeni təxribatlar təşkil etməkdə suçlu bilinib. Baş vermiş qarşıdurma nəticəsində azı 27 uyğur türkü qətlə yetirilib. Millət vəkilinin səfəri həmin hadisənin dünya mətbuatında doğurduğu əks-sədanın hələ də aradan qalxmadığı bir dövrə təsadüf edir.
XS
SM
MD
LG