Accessibility links

Sabir Rüstəmxanlı: Diaspor təşkilatları qərarla inkişaf edə bilməz [Video-Müsahibə]


Sabir Rüstəmxanlı: Diaspora hərəkatının zəif nöqtələrindən biri media ilə zəif işləməsidir
please wait

No media source currently available

0:00 0:09:19 0:00

Sabir Rüstəmxanlı: Diaspora hərəkatının zəif nöqtələrindən biri media ilə zəif işləməsidir

DAK-ın həmsədri Amerikanın Səsinə müsahibəsində Dünya Azərbaycanlılarının son qurultayından danışıb

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibəsində Dünya Azərbaycanlılarının Bakıda keçirilən son qurultayının nəticələrindən, diaspor təşkilatlarının problemlərindən, xaricdə yaşayan azərbaycanlıların ölkəyə gəlişi, onlarn biznes qurması ilə bağlı çətinliklərdən danışıb.

Amerikanın Səsi: Dünya Azərbaycanlılarının 4-cü qurultayının qəbul etdiyi qərarlar diaspor təşkilatlarının inkişafına təkan verə biləcəkmi? Azərbaycanın diaspor təşkilatlarının inkişafı üçün nə edilməlidir?

Nə qədər qüsurlar olsa da, texniki səhvlər olsa da 4-5 ildən bir dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bir araya gəlməsi, qurultay keçirilməsi, bir-biriləri ilə tanış olması, Azərbaycanı görmələri, bu özü böyük bir hadisədir.

Sabir Rüstəmxanlı: Diaspor təşkilatları qərarla inkişaf edə bilməz. Bunlar tədrici yol keçməlidirlər, təşkilatlanmalıdırlar, diaspor təşkilatlarının içində ziyalıların, aydınların, o təşkilatın mövcud olduğu ölkənin dilini, mədəniyyətini bilən insanların sayının artması lazımdır. Yalnız, o şəkildə, o təşkilatlar yerli orqanlarla, yerli xalqla inteqrasiyanı gücləndirə bilərlər. Bu zaman diaspor təşkilatlarının təsir mexanizmləri də yaranar. İnidki halda deyək ki, biz Azərbaycanda qərar qəbul edək ki, diaspora inkişaf etsin, bunun heç bir nəticəsi olmaz. Bir də diasporla ardıcıl şəkildə işləmək lazımdır. Bizim diaspor komitəmiz (Diasporla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur-red) dünyanın müxtəlif ölkələrində olan diaspor təşkilatlarına yalnız öz tanıdığı kadrların irəli çəkilməsi yolu ilə yox, o yerdə nüfuzu olan kadrlara güvənməklə, onlara söykənməklə, onları cəlb etməklə əlaqələr qursa, onda o təşkilatların təsiri ola bilər, təşkilatlar daha yaxşı işləyə bilərlər. Məncə, bu iş davam etdirilməlidir. Alternativlər axtarmaq lazım deyil. Deyək ki, Dünya Azərbaycanlıları Konqresi, - biz varıq. Bunun yanında hökmən bizi zəiflətmək üçün, bir Avropa Konqresi, nə bilim Skandinaviya Konqresi, Şərq Konqresi, Qərb Konqresi yaratmaq lazım deyil. Biz qeyri-hökumət təşkilatıyıq. İcazə verin eyni adı daşıyan yox, başqa adla başqa təşkilatlar yaransın. Məncə, bu yol tutulmalıdır. Onda əlbəttə, müəyyən nəticələr ola bilər. Amma, bütün hallarda qurultayın keçirilməsi diasporanın tarxində mühüm bir hadisədir. Nə qədər qüsurlar olsa da, texniki səhvlər olsa da 4-5 ildən bir dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bir araya gəlməsi, qurultay keçirilməsi, bir-biriləri ilə tanış olması, Azərbaycanı görmələri, bu özü böyük bir hadisədir.

Amerikanın Səsi: Prezident İlham Əliyev diaspor təşkilatlarını beynəlxalq media ilə işi təkmilləşdirməyə, müasirləşdirməyə çağırdı. Bu sahədə hansı işlər görülməlidir?

Prezidentin başqa iradları da oldu. Onların hamısı əsaslı iradlar idi. Diaspor təşkilatlarının öz aralarında yola getməsi, yerli hakimiyyətlərlə iş qura bilməsi, bunlar ciddi tələblərdir.

Sabir Rüstəmxanlı: Bu da prezident tərəfindən çox ciddi bir iraddır. Prezidentin başqa iradları da oldu. Onların hamısı əsaslı iradlar idi. Diaspor təşkilatlarının öz aralarında yola getməsi, yerli hakimiyyətlərlə iş qura bilməsi, bunlar ciddi tələblərdir. Ölkə başçısının dilindən səsləndi. Məncə bu iradlar yerində oldu. Bu, media işi, gündəlik işdir. Elə-belə bir qərarla media ilə yaxınlaşmaq olmaz. O təşkilatlar, o dərnəklər illər uzunu yerli qəzetlərlə, yerli radio və televiziya ilə əlaqələr qurmalıdır, körpülər yaratmalıdırlar. Mən dəfələrlə şahidi olmuşam, biz buradan xarici ölkələrə gedirik, deyək ki, Xocalı soyqırımı ilə bağlı, Qarabağ məsələləri ilə bağlı konfranslar keçiririk, sonra müxtəlif səviyyəli qurultaylarımız olur. Bəzən görürsən bir dənə belə yerli mətbuat orada təmsil olunmur. DAK-ın tarixində biz, məsələn Almaniyada qurultay keçirəndə yerli mətbuatı cəlb etdik və oradakı türk mətbuatını da cəlb etdik. Almaniyada çox geniş bir türk mətbuat şəbəkəsi var. Sonra Türkiyədə DAK-ın sonuncu qurultayını keçirəndə 20-yə yaxın yerli televiziya gəlmişdi. Bu olmasa, biz özümüz deyib, özümüz eşitməklə səsimizi dünyaya çatdıra bilmərik. Məncə, bizim diaspora hərəkatının ən zəif nöqtələrindən biri məhz media ilə zəif işləməsidir, media ilə əlaqə qura bilməməsidir. Maraqlıdır, məsələn Almaniyada yaşayan, həm almanca, həm türkcə yazan əslən azərbaycanlı olan Orxan Araz kimi biz yazar, jurnalist bu qurultaya gəlməmişdi. Niyə? Çağırılmamışdı. Halbuki bütün alman mediası ilə əlaqəsi var. Amma, Almaniyadan media ilə heç bir əlaqəsi olmayan nə qədər desən, adam var idi. Belə qüsurlar var. O ölkəni tanıyan, bilən, orada yaşayan yeni bir nəsil gəlir. Düzdür, birinci nəsil dili bilmir, onlar üçün çətindir. İndi onların övladları, sonra üçüncü nəsilin işi asanlaşacaq. Çünki, onlar artıq yerli cəmiyyətlə qarışırlar.

Amerikanın Səsi: Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları, o cümlədən biznemenləri ölkəyə gəlməyə, iş qurmağa səslədi. Xaricdə yaşayan azərbaycanlıların ölkəyə girişi üçün hazırda hansı problemlər mövcuddur? Bu problemlərin aradan qaldırılması üçün nə edilməlidir?

Çox təəssüf ki, Azərbaycanda iqtisadiyyat sahəsinə baxıram, azərbaycan türklərinin meydanı çox dardır. Burada hər cür iş adamına yaxşı şərait var, öz adamlarımıza elə bir ciddi şərait yoxdur.

Sabir Rüstəmxanlı: Məncə, xaricdə yaşayan azərbaycanlı biznesmenlərin Bakıya gəlişi, Azərbaycana gəlişi, iş görməsi üçün ilk növbədə iqtisadi şəffaflıq olmalıdır. İqtisadiyyatda müəyyən problemlər həll olunmalıdır. Onların burada şirkət qurması üşün şərait yaradılmalıdır, gördüyü işlərə dövlət tərəfindən təminat alınmalıdır ki, bu işlər batmayacaq, sonra onların tender layihələrində asanlıqla iştirakı təmin edilməlidir. Elə-belə çağırmaqla iş bitmir. Gərək onlar üçün burada iş şəraiti qurulsun. Çox təəssüf ki, Azərbaycanda iqtisadiyyat sahəsinə baxıram, azərbaycan türklərinin meydanı çox dardır. Burada hər cür iş adamına yaxşı şərait var, öz adamlarımıza elə bir ciddi şərait yoxdur. Ona görə də onlar o, şəraiti hiss etsə, yəni burada qoyduğu sərmayənin gələcəyinə təminatları olsa, böyük həvəslə gələrlər, Azərbaycanda da iş görərlər. Hökmən bu təminat olmalıdır.

Amerikanın Səsi: Hər dəfə İranda yaşayan azərbaycanlılar qurultaya dəvət edilmir və onlar diaspor sayılmır. Buna münasibətiniz necədir?

Şübhəsiz, nə Dərbənddə yaşayan, nə Kərkükdə yaşayan, nə Şimali Suriyada yaşayan, nə Türkiyədə Doğu Anadoluda yaşayan, nə Gürcüstanda, İranda yaşayan Azərbaycan türkləri diaspor deyil.

Sabir Rüstəmxanlı: Şübhəsiz, nə Dərbənddə yaşayan, nə Kərkükdə yaşayan, nə Şimali Suriyada yaşayan, nə Türkiyədə Doğu Anadoluda yaşayan, nə Gürcüstanda, İranda yaşayan Azərbaycan türkləri diaspor deyil. Onlar öz tarixi ərazilərində yaşayırlar. Diaspor ölkəsindən kənarda yaşayanlardır. Ona görə İrandan, Güney Azərbaycandan yalnız qonaq kimi dəvət etmək olar. Amma, bu qurultayda kifayət qədər güneyli var idi. Onlar vaxtı ilə oradan gedib xaricdə yaşayan, Avropada, Amerikada yaşayan, orada məskunlaşmış güneyli dostlarımızdır, qardaşlarımızdır. Onlar diaspor adından gəlirlər. Amma, Güney Azərbaycan bizim tarixi torpaqlarımızdır, Azərbaycanın bir parçasıdır. Oranı diaspor saymağa haqlı deyilik. O yanlış olar. Qonaq kimi dəvət edə bilərik. Dünya Azərbaycanlıları bir araya gəlirsə, hökmən onlar da gəlməlidir. Bu qurultayda səslənən, prezidentin dilindən səslənən çağırış, azərbaycanlı sahibkarların, iş adamlarının, oliqarxların Bakıya dəvəti mənimcə, çox mühüm bir addımdır. Amma, bununla yanaşı mən hesab edirəm ki, biz dünyada yaşayan Azərbaycanşünasların, Azərbaycanı öyrənəın alimlərin, elm xadimlərinin də Bakıda bir qurultayını keçirməliyik. Bizdən olmayan, amma Azərbaycanla məşğul olan xeyli alim, tədqiqatçı, filoloq, tarixçi və başqa sahələrin mütəxəssislərini də Azərbaycana yığmalıyıq. Onları tez-tez, ildə bir dəfə Bakıya toplamaq lazımdır. Bu işin bir tərəfi, ikinci bir məsələ Bakının yetişdirdiyi insanları tez-tez Bakıya toplamalıyıq. Bizim Neft Akademiyası vaxtı ilə dünyanın bir sıra ölkələri üçün açıq olub və burada Asiya, Afrika ölkələrindən xeyli gənclər gəlib təhsil alıb. İndi onlıarın bəziləri ölkələrində mühüm vəzifələr tutur. Prezident, baş nazir olanı var. Onlar Bakının yetirməsidir. İçərilərində Bakı üçün böyük bir həsrət var. Məncə, o adamları da toplamaq lazımdır ki, bu günki Bakını görsünlər. Onda onlar Azərbaycan lobbiçiliyinin mərkəzində dayanacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG