Accessibility links

Sabir Rüstəmxanlı: İranda zəlzələdə həlak olan azərbaycanlılara deyil, Bəşər Əsədə dualar oxunur [Audio]


Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı
Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı

DAK sədri deyib ki, İran rəhbərliyi üçün Azərbaycan kəndləri “Allah Əkbərin” qurtaran yeridir. Azərbaycanda “Təbrizə dəstək” qrupu yaradılıb.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində İranın rəsmi məlumatlarına görə 306 nəfər həlak olub, 2000-dən çox adam xəsarət alıb.

Faciə ilə əlaqədar Azərbaycanda olan könüllü gənclər “Təbrizə dəstək” qrupu yaradaraq yardım məqsədilə ianə toplamağa başlayıb. Belə ki, ianələr Bakı şəhəri, Mustafa Sübhi küçəsi 13 ünvanında, Kitab Klubunda saat 13.00-dan 22.00-a kimi davam edir. Dünəndən yaradılan qrupa 3000-dən çox könüllü qoşulub.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, İran hökuməti icazə verərsə minlərlə Azərbaycan vətəndaşı Şərqi Azərbaycandakı soydaşlarına kömək etməyə hazırdır. “Dünya Azərbaycanlıları Konqresinin də çoxsaylı üzvləri soydaşlarımızın faciəsinə şərik olmaq üçün İrana getməyi arzulayır. Amma, İran hökuməti buna razılıq vermir”.

O Şərqi Azərbaycanda zəlzələ nəticəsində həlak olanların İran hökumətinin göstərdiyindən dəfələrlə çox olduğunu, on minlərlə evin dağıldığını bildirib. “Dağılmış evlərin şəkillərinə baxanda İran hökumətinin azərbaycanlılara diqqətinin ən aşağı səviyyədə olduğunu canlı görürsən. Azərbaycan kəndləri İran iqtidarının diqqətindən çox uzaqdadır. Burada insanların sosial vəziyyəti çox dözülməzdir, yol, həkim məntəqələri yozdur. Zəlzələyə davamsız evlər tikilib. Sanki, azərbaycanlıların yaşadığı kəndlər İran rəhbərliyi üçün “Allah Əkbər”in” qurtaran yeridir”, - deyə o qeyd edib.

DAK həmsədri İranda Azərbaycan türklərinə ögey münasibət olduğunu diqqətə çatdırıb. “Bu ölkədə azərbaycanlılar rəhbərlərin vecinə deyil. Bütün yatırımlar Tehrana, Şiraza, yəni farslar yaşayan yerlərə qoyulur. İran türklərinə bütövlükdə bir biganəlik var. Təbii ki, İranın indiki rejimi yardım aparanların azərbaycanlıların yaşadığı indiki ağır durumu görməsini istəməz. Məhz, bu səbəbdən də Amerikadan başlayaraq dünyanın çoxsaylı ölkəsindən qeyri-hökumət və humanitar təşkilatların müraciətlərinə müsbət cavab verilmir”.

O İranda baş verən zəlzələnin bu ölkənin apardığı atom-nüvə sınaqları ilə bağlı olması barədə də şübhələrin olduğunu bildirib. “Nədənsə, bu zəlzələ İranın daha çox qazıntı işlər aparılan mis mədənləri olan Əhərdə baş verib”.
Cənab Rüstəmxanlı həmçinin İranda zəlzələ qurbanlarına yardım işinin çox zəif təşkil edildiyini deyib. “Burada zəlzələ qurbanlarına qan verən qohumlarına iftarın pozular deyirlər. Məscidlərdə həlak olmuş azərbaycanlıların ruhuna dualar oxunmur, Bəşər Əsəd rejiminə allahdan yardım diləyirlər”, - deyə o İran iqtidarını kəskin tənqid edib.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilə müsahibənin audio yazısına qulaq asın.

Sabir Rüstəmxanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:29 0:00
Direct link

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG