Accessibility links

Sabirabadda süd toplama məntəqəsinin açılışı olub


Sabirabadda süd toplama məntəqəsi
Sabirabadda süd toplama məntəqəsi

Dekabrın 14-də Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Məmişlər, Qaralar, Əsədli və Qafarlı kənd sakinləri süd toplama məntəqəsinin açılışını qeyd edib.

Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

USAİD-in məlumatında deyilir ki, layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli ÜMİD təşkilatı ilə əməkdaşlıqda icra olunub.

Sabirabadda süd toplama məntəqəsi
Sabirabadda süd toplama məntəqəsi

“Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik”, USAID-in missiya direktoru Mikaela Meredis toplantıda qeyd edib.

"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Yerli sakinlərin səyləri nəticəsində biz bu gün bu yeni süd toplama məntəqəsinin açılışında iştirak edirik”, xanım Meredis deyib.

Yeni tikilmiş məntəqə dörd icmaya, - toplam 5 300-dən artıq insana xidmət edəcək.

Ümumilikdə, EWMI Azərbaycanın 79 icmasında 125 000-dən artıq insanın faydalana biləcəyi 90 icma layihəsi həyata keçirib.

XS
SM
MD
LG