Accessibility links

Sadiq İsabəyli: Çin və İran hökumətləri həm öz xalqlarına, həm də dünyaya qarşı məsuliyyətsiz davranırlar


Sadiq İsabəyli

Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə deyir ki, Çin və İran kimi ölkələrin koronavirus pandemiyası ilə bağlı həqiqətləri gizlədərək digər ölkələri yanlış istiqamətə yönləndirmələri onların məsluliyyətsiz dövlət olduqlarını daha bariz şəkildə nümayiş etdirməkdədir.

Sadiq İsabəyli Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:29 0:00

“Biz illərdir ki, İranda qeyri-farslara qarşı mövcud olan ayrıseçkilikləri önə çəkərək, beynəlxalq qurumlara deyirik ki, bu cinayətlərin baş verməsi sadəcə İranın daxili siyasəti kimi dəyərləndirlməməlidir. Bu, regional və qlobal problemlərə gətirib çıxaracaq. Bu, məsuliyyətsiz dövlətin formalaşması anlamındadır və bununla bağlı beynəlxalq ölçülər götürülməlidir. Eyni şey Çinə də şamildir,” İsabəyli söyləyir.

Biz illərdir beynəlxalq qurumlara deyirik ki, İranda bu cinayətlərin baş verməsi sadəcə İranın daxili siyasəti kimi dəyərləndirlməməlidir. Bu, regional və qlobal problemlərə gətirib çıxaracaq. Eyni şey çinə də şamildir.

Onun dediklərinə görə, “xüsusilə Çin dövlətinin koronavirus ilə bağlı gec informasiya verməsi, yanlış informasiya verməsi və bəzi həqiqətləri gizlətməsi, virusun dünyada sürətlə yayılmasına, dövlətlərin ağır ziyanlara uğramasına və bir çox ölkədə ağır itgilərin verilməsinə yol açıb.”

Siyasi fəal hesab edir ki, İran İslam Respublikası və Çin koronavirus böhranını siyasi fürsət kimi görürlər:

“Onlar bunu propaqanda vasitəsinə çevirdilər. Məsələn İran çalışdı təbliğatı elə aparsın ki, İranda virusun yayılmasının qarşısını almaq üçün ABŞ sanksiyaları qaldırmalıdır. Bu, koronavirus üzərindən siyasi propaqanda idi ki, İran çalışırdı etsin... Çin də dünya dövlətlərini yanlış yönləndirdi və təəssüf ki, bunu Dünya Səhiyyə Təşkilatı üzərindən etdi. Çin ilk gündən məsuliyyətsizcə davranıb və hələ də məlumatı gizlətməkdədir.”

Sadiq İsabəyli həmçinin Çin və İranda etnik azlıqlar və siyasi müxaliflərin məruz qaldığı basqılara diqqət çəkərək deyir, dünya ictimaiyyəti artıq bu faktları diqqətə almalıdır.

Şəxsən həm ümid edirəm, həm də baxışım budur ki, gələcəkdə bir çox demokratik dövlət İran və Çin barədə fərqli mövqe göstərəcəklər.

“Çin dövləti Dünya Səhiyyə Təşkilatı üzərindən bu yalanı dünyaya qəbul etdirməyə çalışıb və dünyanı çox rahat şəkildə aldadıb. Bu səbəblə, demək ki, Çinin ölkə daxilində etdikləri, xüsusilə uyğur türklərinin düşərgələrdə həbs edilməsi, işkəncə və haqsızlıqlığa məruz qalması, və ya İranda qeyri-fars millətlərə qarşı ayrıseçkiliklərin gündəmə gətirilməsini dünya dövlətləri artıq bir fakt olaraq diqqətə almalıdırlar,” o, qeyd edir.

İsabəyli əlavə edir, “mən hesab edirəm ki, artıq Çin və İran kimi dövlətlərin mahiyyəti demokratik dövlətlərə tam aşkar oldu. Şəxsən həm ümid edirəm, həm də baxışım budur ki, gələcəkdə bir çox demokratik dövlət İran və Çin barədə fərqli mövqe göstərəcəklər.”

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG