Accessibility links

Sadiq İsabəyli: Siyasi məhbuslarımızı müdafiə etmək hər milli fəal üçün vəzifə olmalıdır


Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə deyir ki, İran Azərbaycanında milli-mədəni mücadilə uğrunda həbs edilən türk fəalları müdafiə işi milli hərəkatın bir parçası və hər kəs üçün bir vəzifə hesab edilməlidir.

Sadiq İsabəyli: Siyasi məhbuslarımızı müdafiə etmək hər milli fəal üçün vəzifə olmalıdır
please wait

No media source currently available

0:00 0:15:21 0:00

İsabəyli siyasi məhbusları müdafiə fəaliyyətinin miqyasının milli hərəkatın genişliyi qədər olmadığını ifadə edir.

Saxlanan fəalın adı, soyadı, vəziyyəti bəlli olmasa, haqqında bir şeylər yazılmasa onun bütün insani haqları pozular. Çünki bu rejimin mahiyyəti budur. Bu rejim siyasi olaraq qapalı və basqıçı bir rejimdir.

Onun sözlərinə görə, “məsələn 3 il, 5 il bundan əvvəlki dövr ilə müqayisə etsək, biz görürük ki, həbs olunanlar ilə bağlı mütəmadi olaraq gündəlik bilgilər alınır, hazırlanır, kim olduqları müəyyənləşdirilir, məlumatları sistemləşdirilir və bəlli beynəlxalq insan haqları təşkilatlarına göndərilir. Çalışılır ki, sosial mediada və saytlarda gündəmə gətirilsin... Bu işlər görülür. Amma yetərli deyil. Hərəkatın çapına görə, hərəkatın miqyası və ictimai-siyasi təsirinə görə yetərsizdir.”

Siyasi şərhçi əlavə edir, “məhbusların müdafiə fəaliyyətləri daha geniş olmalıdır. Daha çox gündəmə gətirilməlidir. Bir neçə dildə olmalıdır. Və ümumiyyətlə bunu milli hərəkatımızın önəmli bir parçası etməliyik. Milli-mədəni fəallarımız, xüsusilə məhbusların hüquqlarını bərpa etmək məsələsində hər kəs iştirak etməlidir.”

İsabəyli deyir ki, siyasi məhbusların müdafiə fəaliyyəti sadəcə insan haqları fəlları ilə məhdudlaşmamalıdır:

“Məhbusları müdafiə etmək hamı üçün bir vəzifə olmalıdır. Sosial şəbəkələrdə qruplar formalaşmalıdır. Şükürlər olsun ki, içəridə bəzi işlər görürlər. Amma bu kütləvi hal almalıdır.”

İşlər görülür. Amma yetərli deyil. Hərəkatın çapına görə, hərəkatın miqyası və ictimai-siyasi təsirinə görı yetərsizdir.

O, həmçinin bu istiqamətdə maarifləndirmənin önəminə diqqət çəkir.

“Məsələn rejim çalışır ki, bilgi verilməsin, ailələr öz övladı haqqında bilgi verməsin. Basqı olur ki, heç səsini çıxarma. Bəzi insanlar bilgi göndərir, sonra geri çəkilir deyir ki, bizə söz veriblər ki, biz bunu iki gündən sonra buraxacağıq. Ona görə lütfən o bilgini paylaşmayın. Amma, o bilmir ki o vədlər yalandır. Bu insan maarifləndirilməlidir. Başa düşməlidir ki, bu saxlanan fəalın adı, soyadı, vəziyyəti bəlli olmasa, haqqında bir şeylər yazılmasa onun bütün insani haqları pozular. Çünki bu rejimin mahiyyəti budur. Bu rejim siyasi olaraq qapalı və basqıçı bir rejimdir” - deyə, Sadiq İsabəyli Sadiq İsabəyli əlavə edir.

Şərhlərə bax

XS
SM
MD
LG