Accessibility links

İranın məşhur Instagram ulduzu həbs olunub


İranda amerikalı aktrisa Ancelina Ciliyə bənzəmək üçün görünüşündə kəskin dəyişiklik etmiş Instagram ulduzu həbs olunub.

Xəbəri “Tasnim” agentliyi yayıb.

Səhər Tabar kimi tanınan sosial media ulduzu küfr daxil olmaqla, bir sıra cinayətlərdə ittiham olunur. Tasnim oktyabrın 5-də axşam yazıb ki, o, zorakılığı qızışdırmaqda, gəncləri korrupsiyaya həvəsləndirməkdə də suçlanır. Qadının Instagram-dakı hesabı da artıq silinib.

22 yaşlı Tabar ötən il plastik əməliyyat vasitəsilə sifətini dəyişdirəndən sonra yerləşdirdiyi fotolarla beynəlxalq medianın diqqətini çəkmişdi. Onun 50 plastik əməliyyatdan keçdiyi bildirilirdi. Ancaq 26 min 800 izləyicisi ilə paylaşdığı fotoların çoxunda güclü montaj hiss olunurdu.

Tabarın bəzi fotolarında onun saçı hicabla örtülür, burnu da ağ sarğı ilə bağlanırdı. Belə bir sarğını Tehran küçələrində qadınlar tez-tez taxırlar.

Instagram hazırda İranda əlçatan yeganə sosial media xidmətidir. Bu ölkədə Facebook, Twitter və Telegram messencer xidməti qadağan olunub.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG