Accessibility links

Sahibə Qafarova Milli Məclisin sədri seçilib


Sahibə Qafarova
Sahibə Qafarova

Yeni Azərbaycan Partiyasının üzvü Sahibə Qafarova altıncı çağırış Milli Məclisin sədri seçilib.

Bu gün altıncı çağırış parlamentin ilk sessiyası açılıb. Açılış iclasında prezident İlham Əliyev iştirak edib.

Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, ingilis filologiyası üzrə mütəxəssisdir.

1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və ingilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

Hakim Yeni Azərbaycan Partiyası üzvü Əli Hüseynli Milli Məclis sədrinin birinci müavini, Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimli və bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülən Adil Əliyev Milli Məclis sədrinin müavinləri seçilib.

Bununla da Milli Məclisin rəhbərliyi tamamilə dəyişib. Bundan öncə Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi.

XS
SM
MD
LG