Əfqanıstanın qadın sahibkarları Bamyan vilayətində kiçik bir şirkət açıb. Burada qadınlar tərəfindən qadınlar üçün ayaqqabı və çantalar istehsal edilir. Kiçik olmasına baxmayaraq, bu biznes həyatlara yenilik gətirib.
Uzra Laali artıq 15 ildir Bamyanda çalışır. 2500 dollar yatırımla o, hazırda 50 qadın işçisi olan şirkətini təsis edib.
O, yeni iş yerləri yaratmaqla yanaşı, unikal əl işləri və dizaynlar hazırlayır.
"Biz qoyun yunundanda və xüsusi dizaynlardan istifadə edərək, ayaqqabı, çanta, xalça və corablar istehsal edirik" - deyə, Laali bildirib.
Böyüməkdə olan şirkətin məhsulları artıq Kabil, Cəlalabad və hətta Əfqanıstanıdan xaricdə satılır.
"Şitkətdə çalışan qadınlar ailələrinə dəstək verdikləri üçün minnətdardırlar" , Laali əlavə edib.
Gəlirləri çox olmasa da, bu, qadınlara həyatlarını qurmasına kifayət edir.
.
"Burada çalışıb ayda 25 dollar alıram. Bu mənə uşaqlarıma baxmağıma yardım edir. Məni həm məşğul saxlayır, həm də təzə şeylər öyrədir" - deyə, işçi Mərziyə Hüseyni bildirib.
"Bizim üçün çox yaxşıdır. İşimiz var. Məşğuluq. Gəlirimiz ailəmizin xərclərinə kifayət edir " , Zəhra adlı digər bir işçi deyib.
Çin məhsulları əsas rəqabət qaynağı olduğuna görə Laali mallarının daha ucuz satıldığını bildirir.
"Şirkətimiz yüksək keyfiyyətli ayaqqabı və çantalarının hər biri 2.5 dollara satılır. Çində istehsal edilən ayaqqabı və çantalar daha bahadır" , menecer Rahilə Axundzadə bildirib.
Mallar bazarlarda rəqabətlə üzləşsə də, Laali deyir ki, əsas problem elektirikin tez-tez kəsilməsi və dövlətin dəstək göstərməməsidir.