Accessibility links

Səid Mətinpurun azadlığa çıxması sevinclə qarşılanır


Səid Mətinpur
Səid Mətinpur

Azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpurun uzun sürən həbsdən sonra Tehranın Evin zindanından azadlığa buraxılması güneyli fəallar arasında sevinclə qarşılanır.

Səyid və milli fəallar
Səyid və milli fəallar

​Mətinpur azadlığa buraxıldıqdan sonra İran Azərbaycanının bir çox guşələrindən fəallar ona baş çəkiblər. Fəallar uzun illər milli haqlar uğrunda mübarizə apardığına və buna görə azadlığından keçdiyinə görə ona təşəkkür ediblər.

Mətinpurun azadlıq xəbərini eşidən fəallar sosial şəbəkələrdə öz sevinclərini paylaşıblar.

Heydər Bayat
Heydər Bayat

​Güneyli tədqiqatçı və yazar Heydər Bayat öz Facebook səhifəsində yazıb: “Saniyələr diskini…. indi Ətiyə xanım Səidlə çiyin-çiyinə Zəncan tarixinin qızıl yarpaqlarından birisinin son sətrini yazırlar …sağ ol Səid Mətipur - yaşa Ətiyə - yaşa Azərbaycan!”

Milli fəal Yunisi Təbrizli yazır kı, “uzun müddət pis xəbərlərdən sonra nəhayət Səidin azadlıq xəbərini eşitdik”.

Həsən Raşidi
Həsən Raşidi

​Güneyli yazar və mədəni fəal Həsən Raşidi Facebook səhifəsində yazıb: "Azərbaycanımızın fəxri və dirəniş simvolu Səid Mətinpur zindandan bir dönəlik sərbəst buraxılmasını ailəsinə və millətimizə mübarək olsun.”

Əbulfəz Cani
Əbulfəz Cani

Amerikanın Səsinə danışan təbrizli milli fəal Əbulfəz Cani bildirib: "Çərşənbə günü Facebooku açdığımda gördum hami Səidin şəkilin paylaşıb və azadliğindan xəbər gedir, yəni inanmirdim bu xəbərə, çun mən bildiyimə görə onun həbs müddətindən bir neçə ay qalırdı, lakin sora gördum xəbər duzdur. Daha doğrusu yorğunluq canımdan çıxdı və dünən qismət oldu Zəncana getdik mən orda bu azadliği Ətiyə xanimin gülüşlərini gördüyümdə böyük güc aldım. Çox sevinirəm ki, Səid azad olub. Umarım kı başqa məhbuslarda tezlikdə sərbəst buraxılsın," deyə güneyli fəal bildirib.

Hamid Məlekabadi
Hamid Məlekabadi

​Sərablı milli-mədəni fəal Hamid Məlikabadi Amerikanın Səsinə bildirir ki, Səid Mətinpurun sərbəst buraxılması bütün milli fəallara müsbet enerji ve sevinc getirib. Bu insanin hər zaman mötədil olması üzündən ona həm dostları həm də düşmənləri hörmətlə yanaşırlar. "Ümid edirəm ki, Səidin azad buraxılması Azərbaycan fəallari arasında yeni ve səmimi bir atmosfer yaradacaq," deyə o bildirib.

Səid Mətinpur avqustun 26-da (8 illik məhkumluq müddətinin əsas hissəsini çəkdikdən sonra konstitutsiyanın 134-cü maddəsinə uyğun olaraq bir neçə ay tez azadlığa buraxılıb.

Mətinpur 2007-ci il mayın 25-də Zəncan şəhərində həbs olunub və Tehranın Evin zindanının 209-cu bölümünə göndərilib. O, 278 gün müvəqqəti saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb, sonra yenidən tutulub.

​Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin hakimi azərbaycanlı fəalı xaricilərlə irtibat qurmaq ittihamı ilə 7 və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, toplam olaraq isə 8 il həbs cəzasına məhkum edib. O, 2009-cu il iyulun 11-də çağırışa əsasən məhkəməyə müraciət etdiyi zaman məmurlar tərəfindən tutulub və Evin zindanına aparılıb.

Tanınmış azərbaycanlı fəal məhbusluq dönəmində dəfələrlə ailəsi ilə görüşmək və telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilib. O zindanda ruhi və psixoloji işgəncələrə məruz qalıb.

Mətinpur Azərbaycan Milli Hərəkatı fəallarının tanınmış simalarından biridir. O, fəlsəfə üzrə Tehran universitetinin məzunudur və “Yarpaq”, “Moc-i bidari” və “Omide Zəncan”(Zəncanın Ümidi) həftəlik dərgilərinin yazıçılar heyətinin keçmiş üzvü olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG