Accessibility links

“Şairlər Məqbərəsi” kompleksi ətrafında qazıntı işlərinə aparılır


İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəki “Şairlər Məqbərəsi” (“Məqbərətuş Şüara”) kompleksi ətrafında qazıntı işlərinə başlanılıb.

APA-nın AZOH-a istinadən məlumatına görə, şair Məhəmmədhüseyn Şəhriyar daxil olmaqla Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin dəfn edildiyi kompleks hasara alınıb və ətrafında 7 metr dərinlikdə çuxurlar qazılıb.

İran hökuməti tərəfindən iki aydır aparılan bu qazıntı işlərinin səbəbləri barədə hələlik heç bir məlumat verilmir. Yalnız podratçı şirkətdən soydaşlarımıza qazıntıların kompleksin ərazisinin genişləndirilməsi məqsədilə aparıldığı deyilib.

Xəbərdə həmçinin qazıntılar zamanı bir çox tarixi əsərlərin tapıldığı, lakin onların taleyi haqda heç bir məlumatın olmadığı bildirilir. Hətta qazıntılar zamanı Təbrizin qədim yaşayış binalarının üzə çıxarıldığı da vurğulanır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG