Accessibility links

Aştianinin “ifadəsinin” televiziyada göstərilməsi beynəlxalq rəaksiyalara səbəb olub


Aştianinin “ifadəsinin” televiziyada göstərilməsi beynəlxalq rəaksiyalara səbəb olub
Aştianinin “ifadəsinin” televiziyada göstərilməsi beynəlxalq rəaksiyalara səbəb olub

Nyu York Taymzın xəbərinə görə Britaniya hökuməti Səkinə Aştianinin “etiraflarının” televiziyada göstərilməsini məhkum edib və bunu ona qarşı qətl törətmək ittihamına haq qazandırmaq cəhdi adlandırıb.

Cümə günü Səkinə Aştianinin məsələsi qərb ölkələrində baş xəbərlərin arasında olub. Onun ifadəsinin televiziyada nümayiş etdirilməsi bir daha dünya ölkələri və beynəlxalq təşkilatların sərt rəaksiyasına səbəb olub. Məlum olduğu kimi, sədaqətsizlik və başqa cinayətlərlə ittiham olunduğuna görə Səkinə Məhəmmədiyə daşqalaq yoluyla edam hökmü oxunmuşdu. Beynəlxalq sahədə geniş etirazlar və müraciətlərdən sonra İran rəsmiləri onun daşqalaq olunmayacağını bildirmişdilər.

Nyu York Taymzs yazır ki, çərşənbə günü axşamı televiziyaya ən çox baxılan saatda proqramın Səkinə Məhəmmədinin,şübhəli etiraflarına həsr olunması İranın beynəlxalq tənqidlər qarşısında diqqətləri yayındırmaq və özünü haqlı göstərmək üçün qeyri-adi cəhdlərinin bir hissəsidir. Nyu York Taymz yazır ki, İranın bu addımı göstərir ki, İran rəsmiləri beynəlxalq rəaksiyalara qarşı müdəfiyə mövqəyindən çıxış etmək istəyir. Qəzetin xəbərinə görə Britaniya hökuməti Səkinə Aştianinin etiraflarının televiziyada nümayiş etdirilməsini məhkum edib və bunu ona qarşı qətl törətmək ittihamına haq qazandırmaq cəhdi adlandırıb.

Britaniyanın Guardian qəzetində isə deyilir ki, Səkinə Məhəmmədi Aştianinin daşqalaq edilərək edam hökmünün yerinə yetirilməsi hazırlıqlarının beynəlxalq sahədə səbəb olduğu etirazlardan sonra İran belə beyəlxalq rəaksiyalara bir daha imkanl verməmək üçün eyni yolla edam olunmağı gözləyən başqa vətəndaşlarına oxunmuş hökümləri də sakitcə dəyişdirməyə başlayıb.

Guardian qəzeti yazır ki, İranda azı12 qadın və üç kişi haqqında daşqalaq edilərək edam hökmü çıxardılıb və onlar bu hökmlərin icrasını gözləyirlər.



XS
SM
MD
LG