Sakit okean sahillərində
Vaşinqton ştatının Sietl şəhərindən cəmi bir neçə saatlıq məsafədə yerləşən Olimpik milli parkı təbiət xüsusiyyətlərinə görə 3 əsas bölgəyə ayrılır. Bunlardan biri Sietl şəhərinin ikonasına çevrilmiş Olimpik dağı, digəri əsasən ştatın mərkəzi hissəsini əhatə edən yağış meşəlikləri, üçüncüsü isə Sakit okean sahillərindəki çimərliklərdir. Bu video reportaj soyuq bir qış günündə Olimpik milli parkının okean sahilində yerləşən çimərliklərinə səfərimiz zamanı başımıza gələn hadisələrdən bəhs edir.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?