Accessibility links

Venesuela böhranının sonu görünmür


Venesuela böhranının sonu görünmür
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Venesuela böhranının sonu görünmür

ABŞ-ın 3 aydır Venesuela prezidenti Nikolas Maduronu devirmək kimi intensiv cəhdlərinə baxmayaraq, avtokrat sosialist lider hələ də hakimiyyətdədir. Tramp administrasiyası Venesuela ordusunu Maduroya dəstəyini dayandırması üçün ağır sanksiyaların gücünü çox dəyərləndirmiş, regional müxalifətin isə rejimin dəyişdirilməsi üçün hərbi ölçülərə əl atacağını az qiymətləndirmiş ola bilər.

ABŞ-ın neft embarqosu Cənubi Amerika ölkəsində iqtisadi çətinliklərə və milyonlarla insanın xroniki ərzaq qıtlığı ilə üzləşməsinə səbəb olub.

"Bu, humanitar böhrana səbəb olmayıb. Böhran Maduronun siyasəti və sərişdəsizliyi ilə Venesuela hökuməti, korrupsiya yaradıb. Humanitar böhran məhz bu səbəblərdən yaranıb. Lakin iqtisadi sanksiyalar güclü təsiri ilə vəziyyəti daha da ağırlaşdırıb" - deyə, Amerikalararası Dialoq Mərkəzindən Maykl Şifter bildirib.

ABŞ-ın sanksiyaları və diplomatik təzyiqlərlə Maduronun hakimiyyətdən gedəcəyinə dair gözləntilər yoxa çıxmaqdadır.

Yanvar ayında ABŞ və 50-dən artıq digər ölkə Maduronun seçkilərə qatılmasına imkan vermədiyi müxalifət lideri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyıb.

Tramp administrasiyası ölkə valyutasının 90 faizini təmin edən Venesuelanın neft satışını Amerikada yasaqlayıb.

Maduro isə artmaqda olan beynəlxalq təzyiqlərə ölkə ordusunun güclü dəstəyi ilə tab gətirə bilib.

ABŞ Maduro hökumətini minlərlə hərbi və təhlükəsizlik müşavirləri ilə təmin etməsinə görə Kubaya da yeni sanksiyalar tətbiq edib.

Rusiya da Venesuelaya hərbi personal göndərməklə Maduroya dəstək nümanyiş etdirib və onun hökumətinin BMT-nin Təhlükəsizlik Şurasında günahlandırılmasına mane olub.

Eyni zamanda ABŞ-ın başçılığı ilə hərbi əməliyyatların mümkünlüy barədə söhbətlər Braziliya və Kolumbiyanın ciddi müqaviməti ilə qarşılanıb.

"Onlar xətlərini çəkiblər. Siyasi və diplomatik baxımdan ciddi mövqedədirlər. Onlar güc tətbiqinin əleyhinə gedəcək" - deyə, Amerikalararası Dialoq Mərkəzindən Maykl Şifter bildirib

Lakin son yaxın görünməsə də, ABŞ sanksiyaları və ictimai etirazlar Venesuelada hələ də demokratik dəyişikliyi təmin edə bilər.

XS
SM
MD
LG