Accessibility links

Urmiyəli fəal Salar Tahir Əfşar yenidən həbs edilib


İranın Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhər sakini Salar Tahir Əfşar təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İranda insan hüquqları sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, aprelin 19-da güneyli türk fəal Salar Tahir Əfşar atasının evində Kkşfiyyat agentləri tərəfində saxlanılaraq, Urmiyə Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb.

Yayımlanan məlumata görə, Əfşar Urmiyənin "Doqquz Pillə" məhəlləsində yerləşən və həmin adla tanınan kəşfiyyat idarəsinin təcridxanasında dindirilir.

O, daha öncə Qarabağa dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Ancaq Apellyasiya Məhkəməsi "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamından bəraət qazandıraraq, Əfşarın həbs cəzasını 1 ilə endirmişdi.

İlkin məhkəmə Tahir Əfşara "qanunsuz mitinqdə iştirak etdiyinə" görə üç, "hökumət əleyhinə propaqanda yaydığına" görə bir il həbs cəzası hökmü kəsmişdi.

O, daha öncə 2019-cu ilin noyabr ayında İran boyu hökumət əleyhinə baş tutan etirazlar zamanı həbs edilərək 8 ay həbs və 20 qamçı cəzasına məhkum edilmişdi. Lakin bu hökm üç il müddətinə təxirə salınmışdı.

Urmiyəli fəalın həbsinin səbəbi ilə bağlı hələ ki, məlumat yoxdur, ancaq bəzi insan hüquqları müdafiəçiləri Salar Tahir Əfşarın saxlanılmasını Azərbaycana dəstək mitinqi ilə əlaqədar məhkum edildiyi 1 il həbs cəzasının tətbiq edilməsi üzrə həyata keçirildiyi güman edirlər.

XS
SM
MD
LG