Accessibility links

Saleh İldırım: Yeni bir nüvə sazişi narazıları susdurmaqda İranın əlini gücləndirəcək


Saleh İldırım

Avropa dövlətləri İranla nüvə sazişini canlandırmaq məqsədilə danışıqların gələcəyi ilə bağlı bədbin olduqlarını bildirirlər. Britaniya, Almaniya və Fransa diplomatları bazar ertəsi günü yaydıqları birgə bəyanatda “vaxtın daraldığını və sürətli irəliləmə olmasa, nüvə sazişinin tezliklə içi boş bir qabığa çevriləcəyini” qeyd ediblər.

Saleh İldırım: Yeni bir nüvə sazişi narazıları susdurmaqda İranın əlini gücləndirəcək
please wait

No media source currently available

0:00 0:11:50 0:00

Siyasi fəal Saleh İldırım Amerikanın Səsinə müsahibədə deyir ki, Avropa qüdrətlərinin bəyanatı İranın yüksək ambisiyalarına bir təpkidir.

Sazişin əldə edilməsi insan haqları və əsir millətləri əzən rejimə yardım edəcək. Biz bunun nəticələrini Barak Obama dönəmində gördük. Gördük ki, İran daxilində etirazları necə yatırıb, qanda boğdular.

“Şərtlər göstərir ki, yeni bir anlaşma İran üçün Obama dönəmindəki anlaşmadan daha pis olacaq. Buna görə, bu dövr danışıqlarda İran elə istəklərlə gəldi ki, elə bir anlaşmaya çatsınlar ki, əvvəlki anlaşmaya görə daha pis bir duruma düşməsinlər. İran bu yüksək ambisiyalarına davam etdiyi üçün Avropa dövlətləri ciddi mövqe qoydular,” siyasi fəal söyləyir.

Saleh İldırımın fikrincə, İran İslam Respublikasının hər halda, şərtləri öncəkindən daha pis olsa da, yeni bir nüvə sazişinə ehtiyacı var:

“İran o yüksək tələblərini ortaya ataraq bir tərəfdən də istəyir xalqa desin ki, biz dirənməyə və boyun əyməməyə çalışırıq. Amma, mənə görə hər halda anlaşmaya gedəcəklər. İran çox ağır vəziyyətdədir. Müəllimlərin və işçilərin maaşlarını ödəyə bilmir. Müharibə əlillərinin belə hüquqlarını verə bilmir. Ehtiyatlar bitib, pul yoxdur. Sanksiyalar dərhal götürülməsə, İrana pul inyeksiya edilməsə, bu rejim çökəcək.”

Nüvə danışıqlarının yeni bir sazişlə nəticələnməsi, Saleh İldırımın sözlərinə görə, İslam Respublikasının əlini müxaliflər və ölkə daxilindəki narazı qruplara qarşı gücləndirərəck.

İran bu yüksək ambisiyalarına davam etdiyi üçün Avropa dövlətləri ciddi mövqe qoydular.

O, deyir ki, “bu anlaşma əvvəlki anlaşmaya görə İranı daha çox məhdudlaşdıracaq, yəni balistik raketləri də əhatə edəcək. Amma, istər əvvəlkindən daha güclü olsun ya daha zəif, bu anlaşma bizim, yəni türklərin və Güney Azərbaycan Milli Hərəkatının zərərinədir və biz də Güney Azerbaycan İstiqal Partiyası olaraq əvvəlki anlaşmaya qarşı olduğumuz kimi, indi də deyirik ki, İrana qarşı sanksiyalar qaldırılmamalıdır və bu terror rejimi getməlidir. Sazişin əldə edilməsi insan haqları və əsir millətləri əzən rejimə yardım edəcək. Biz bunun nəticələrini Barak Obama dönəmində gördük. Gördük ki, həm İran daxilində etirazları necə yatırıb, qanda boğdular, həm Suriyada, Bəhreyndə və Livanda terror aktlarını artırdılar. Bu anlaşma bəlli bir ölçüdə İran rejiminin davamına yol açacaq.”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG