Accessibility links

Saleh İldırım: Ana dlində təhsilin olmaması mədəni qətliama bərabərdir


Saleh İldırımla müsahibə
please wait

No media source currently available

0:00 0:15:57 0:00

Saleh İldırımla müsahibə

Suriya və İraqda İslam Dövləti qrupuna qarşı koalisiyanın əməliyyatlarının davam etdiyi vaxt region ölkələrində bölgədə vəziyyət diqqətlə izlənilir. Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırım Yaxın Şərqdə gedən proseslərin İran və İran Azərbaycanına təsirlərini Amerikanın Səsinin “Amerika icmalı” proqramında Skype müsahibəsi zamanı müzakirə edib.

Saleh İldırım İran rejiminin Yaxın Şərqdə yaranmış vəziyyətdən yararlandığını deyərək, ölkədə daxilində təqib və təzyiqləri artırdığını bildirib. Onun sözlərinə görə, azərbaycanlılar və digər etnik azlıqlar daha çox basqı altındadır. Saleh İldırım İŞİD-la həqiqi mübarizənin İranda rejimə qarşı mübarizə kontekstindən kənarda qala bilmədiyini deyib.

O, İran Azərbaycanında gündəmdə olan məsələləri geniş şərh edib.Saleh İldırım güney azərbaycanlıların ana dilində təhsildən məhrum edilməsini xüsusi vurğulayıb. “Bütün dünyada məkbtəblərin açılışı sevinclə qarşılanan zaman, Güney Azərbaycanda bu matəm, mədəni qətliam, sistematik assimilyasiya günüdür, çünki uşaqlar zorla, döyülə-döyülə fars dilini öyrənməyə məcbur edilir, onlara ana dili unutdurulur”-deyə o bildirib.

Saleh İldırım Urmiyə gölündə yaranmış ekoloji vəziyyət nəticəsində İran Azərbaycanında aqrar təsərrüfata böyük zərər dəydiyini, əkin sahələrinin quruduğunu xüsusi qeyd edib.

O, Güney Azərbaycan İstiqlal Partiyasının İran azərbaycanlılarının milli-mədəni hüquqları uğrunda mübarizəsinə dəstək verdiyini, dünyanın müxtəlif ölkələrində ana dilində təhsil, Urmiyə gölünün qurumasının qarşısının alınması məsələlərini ictimaiyyətin nəzərinə çatdırmaq üçün aksiyalar keçirdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG