Accessibility links

Saleh Kamrani azərbaycanlıların İran seçkilərində iştirakı barədə danışdı [Audio]


Saleh Kamrani
Saleh Kamrani
Azərbaycanlı vəkil və siyasi fəal Saleh Kamrani İranda qarşıdan gələn prezident seçkiləri və Azərbaycan Milli Hərəkatının ölkədəki seçkilərlə bağlı umumi funksiyaları haqda Amerikanın Səsinə müsahibə verib.

Saleh Kamraninin sözlərinə görə, İran hökuməti hər zaman çox sayda insanın seçkilərə qatılmasını istəyib. Buna səbəb insanları seçki prosesinə cəlb etmək deyil, bu iştirakla İslam Respublikasına legitimlik qazandırmaq olub. Belə ki, həqiqi seçkilərdən fərqli olaraq İranda siyasi namizədlər qabaqcadan dini rəhbərlik tərəfindən təsdiq olunur və xalqın dəstəyini qazana biləcək əksər namizədlər büsbütün prosesdən kənarda qalır.

Saleh Kamrani İran seçkilərində azərbaycanlıların rolu barədə
please wait

No media source currently available

0:00 0:16:46 0:00

Cənab Kamrani İslam Respublikasının iyun ayında keçiriləcək seçkilərdə eyni hədəf axtardığını düşünmür. Onun fikrincə bu dəfə rəsmi Tehranın başlıca hədəfi səsverməni böhransız və dinc şəkildə yola verməkdir.

Vəkil Kamrani Azərbaycan hərəkatının İran seçkilərindəki rolunu ümumilikdə zəif qiymətləndirir. Onun dediklərinə görə Azərbaycan milli hərəkatı bəzi məqamlarda, məsələn stadionlarda siyasi şüarlar səsləndirməkdə insanları səfərbər edə bilsə də, uzun dönəmli seçki kampaniyalarında tələb olunan sistematikliyi təmin edə bilmir. Bu üzdən də İran azərbaycanlıları ümummilli seçkilərdə nəzərə çarpan və effektiv fəaliyyət nümayiş etdirə bilmirlər.

İran İslam Respublikasında növbəti prezident seçkiləri iyunun 14-də keçiriləcək. Bu seçkilərdə İran vətəndaşları yeddinci prezidenti seçəcəklər. 2009 ildə keçirilən mübahisəli seçkilərdən sonra baş verən kütləvi etirazlar və o dövrün əsas namizədləri olan Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin 2 ildir ev dustağı saxlanıldıqlarını nəzərə alaraq, siyasi ekspertlər qarşıdan gələn seçkilərin əvvəlkilərdən kəskin fərqlənəcəyini təxmin edirlər.
XS
SM
MD
LG