Accessibility links

Saleh Rüstəmli 21 gündür aclıq edir, vəziyyəti ağırdır


Saleh Rüstəmli

Həbsxanda keçirdiyi aclıq aksiyasının 21-ci günündə Saleh Rüstəmlinin vəziyyəti həddindən artıq ağır olaraq qalmaqdadır.

Bu barədə onun vəkili Bəhruz Bayramov Penitensiar Xidmətin Müalicə Müəssisəsində müvəkkili ilə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

"Saleh Rüstəmli ilə şüşə arxasından görüşdük və telefonla danışdıq. O, çox zəifdir və güclə dayanırdı, ona görə çox az danışdıq. Səsi boğuq, nitqi dolaşıq idi, məni dərhal başa düşmürdü. Ailə üzvlərinin israrla aclığı dayandırmasını xahiş etdiklərini ona çatdırdım. Saleh qəti etiraz etdi. Onda onların sudan imtina etməmək xahişlərini çatdırdım. O bu gündən etibarən sudan da imtina etmək niyyətində idi. Bu xahişlə razılaşdı," vəkil bildirib.

Həkimlər Rüstəmlinin vəziyyətini "həddindən artıq ağır" qiymətləndirir və "məcburi qidalandırmağa başlamaq məcburiyyətində olduqlarını" deyirlər.

"Amma Saleh mənə dedi ki, onu məcbur etsələr intihar edəcək," vəkil bildirib.

Vəkilin və ailə üzvlərinin dedikləri ilə bağlı Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən şərh almaq mümkün olmayıb.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG