Accessibility links

Saleh Rüstəmli 29 gündür aclıq edir


Saleh Rüstəmli 29 gündür aclıq edir
Saleh Rüstəmli 29 gündür aclıq edir

Həbsdə olan Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli 29 gündür aclıq edir.

Vəkil Bəhruz Bayramovun məlumatına görə, uzun müddət davam edən aclıq nəticəsində Rüstəmlinin vəziyyəti həddindən artıq ağırdır.

"Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. O, yavaş-yavaş danışır, vaxtaşırı üzü sanki donur," vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Rüstəmov ona deyib ki, bazar ertəsi yanına gəlsin, həmin vaxt o, quru aclıq haqqında yekun qərarını qəbul edəcək.

"O, su içməkdən imtina edərsə, həkimlərin sözlərinə görə, orqanizmi bir gün belə tab gətirməyəcək," vəkil deyib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihamı təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçiləri Rüstəmlini siyasi məhbus kimi tanıyıb. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG