Accessibility links

Saleh Rüstəmli 41 gündən sonra aclığı dayandırıb


Saleh Rüstəmov
Saleh Rüstəmov

Cümə axşamı, dekabrın 16-da, Saleh Rüstəmli aclığı dayandırıb.

Bu barədə Amerikanın Səsinə müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla onunla görüşdən sonra bildirib.

“Bu gün Saleh Rüstəmli həm onun ətrafında aclıq edənlərin, qohumlarının durumunu, qardaşının səhhətində yaranmış ciddi problemləri, həmçinin səhhətində yaranmış dəyişiklikləri və ailə üzvlərinin təkidli xahişlərini nəzərə alaraq aclığı dayandırdı,” Qeybulla qeyd edib.

O, Rüstəmlinin komaya düşməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Həkim hesab edir ki, Rüstəmli tərəfdən bir addım atılıb.

“İnşallah yəqin ki, qarşılıqlı addımlar da atılar. Ümid edirəm ki, yaxşı xəbərlər də eşidərik,” Qeybulla qeyd edib.

Tibb elmləri doktoru Saleh Rüstəmlinin müalicəsini bundan sonra da davam etdirəcəyini deyib.

Saleh Rüstəmli, həbsxanada 41 gündür aclıq edirdi, dekabrın 13-dən quru aclığa keçmişdi. Rüstəmli 17 kiloqramdan çox çəki itirib. Həkimlər onun komaya düşməməsi, bədənində mayenin azalmaması üçün əlavə müalicə aparırdı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb, dekbarın 13-də quru aclığa keçib, maye qəbulundan imtina edib. Rüstəmli quru aclığa keçən zaman onun ailə üzvləri və fəallar dəstək üçün aclığa başladıqlarını elan edib. Fəallar aclığı 4-cü gündür davam etdirir.

XS
SM
MD
LG