Accessibility links

Vəkil Saleh Rüstəmovla görüşüb


Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı (1992-1993) Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların bildirməsinə görə, o, artıq üç gündür ki, aclıq aksiya keçirir. Yaxınlarının vurğulamasına görə, o, aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib: "Bildirdi ki, bütün hüquqi qapılar onun üçün bağlanıb…".

Onun vəkili Bəhruz Bayramov isə bildirib ki, bu gün, noyabrın 8-də S.Rüstəmovla müalicə müəssisəsində görüşüb: "Aclıq aksiyasını davam etdirir. Elə məhz buna görə onu cəzaçəkmə müəssisəsindən bura köçürüblər. Mənim dəfələrlə xahiş etməyimə baxmayaraq, aclığı qətiyyən dayandırmayacağını, qərarında israrlı olduğunu deyib".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb.

Xatırlatma

Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG