Accessibility links

Saleh Kamrani: Ruhani dövründə Urmu qurudu, zindanlarımız doldu


Saleh Kamrani ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:06 0:00

Saleh Kamrani ilə müsahibə

Mayın 19-da İranda prezident seçkilərindən öncə Güney azərbaycanlı fəalların bir hissəsi səsvermənin boykot edilməsinə çağıraraq, seçkilərin azərbaycanlılar üçün dəyişiklik vəd etmədiyini bildirib. Güneyli fəal Saleh Kamrani Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində İranda qarşıdan prezident seçkiləri ərəfəsində Azərbaycan bölgələrində əhval-ruhiyyədən danışıb.

Saleh Kamrani deyib ki, ilk dəfə olaraq azərbaycanlılar arasında seçkilərə qatılmamağa daha çox meyl olduğu müşahidə edilir. Onun sözlərinə görə, əvvəlki seçkilərdə insanlar arasında səsvermədə iştirakla bağlı fikir ayrılıqları ilə bağlı mübahisələr mövcud olduğu halda, bu dəfə azərbaycanlıların böyük hissəsinin seçkiyə qatılmamaq kimi bir fikirdə olduğunu demək mümkündür.

O bildirib ki, bunun əsas səbəbi islahatçı siyasətçilərin hakimiyyətdə olduğu dövrdə gözlənilən dəyişikliklərin olmaması ilə bağlıdır.

Həsən Ruhani hakimiyyətə gələn zaman fəallarımız ortalama üç ilə yaxın həbs olardı, indi 3 ildən 5 ilə qədər yüksəldi
Saleh Kamrani

“Bu ümidlə ki islahat olacaq sistem içində və ya onların yaratdığı şərait nəticəsində azərbaycanlıların da bir sıra hüquqları təmin olunacaq, 20 ildən sonra görürük ki, zərrə qədər də azərbaycanlıların haqlarının təmin olunmasında irəliləyiş olmayıb. Və onun üçün bu dəfə fəalların çoxu seçkiləri boykot eləmək yönündədir.”

Saleh Kamrani prezident Həsən Ruhaninin əvvəlki seçki kampaniyası zamanı Urmiyə gölünün qurumasının qarşısının alınması, ana dilində təhsilə imkan verilməsilə bağlı azərbaycanlılara verdiyi vədlərin yerinə yetirilmədiyini qeyd edib.

20 ildən sonra görürük ki, zərrə qədər də azərbaycanlıların haqlarının təmin olunmasında irəliləyiş olmayıb
Saleh Kamrani

“Urmu gölü günü-gündən daha çox qurudu. Zindanlarımız azad olmadı, bir az daha çoxaldı. Həsən Ruhani hakimiyyətə gələn zaman fəallarımız ortalama üç ilə yaxın həbs olunardı, indi 3 ildən 5 ilə qədər yüksəldi. Bu, Həsən Ruhaninin hakimiyyətdən gəlməsindən sonra yalnız fəallarımızın həbsə düşməsi ilə bağlı nəticədir. Sonra ana dilinin məktəblərdə tədirisnə söz vermişdi. Heç belə bir şey olmadı.”

Saleh Kamrani qeyd edib ki, prezident seçkilərində əsas namizədlərin debatlarında İranda milli məsələyə yer verilməyib.

Ana dilinin məktəblərdə tədirisnə söz vermişdi. Heç belə bir şey olmadı
Saleh Kamrani

“Bu onu göstərir ki, bunların azərbaycanlıların milli haqları ilə bağlı heç bir proqramı yoxdur təmin etmək də istəmirlər”.

Saleh Kamrani qeyd edib ki, İran parlamentində “Türk bölgələri fraksiyası”ndakı qanunvericilərin sayını nəzərə aldıqda, azərbaycanlı seçicilərin səslərinin nə dərəcədə əhəmiyyət daşıdığı aydın olur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG