Sinoptiklər ABŞ-ın körfəz sahilindəki bəzi bölgələrinə doğru hərəkət edən Salli qasırğasının çərşənbə günü fəlakət və həyati təhlükəli daşqınlar yaradacağına dair xəbərdarlıq yayıb.
Milli Qasırğa Mərkəzi güclü fırtınanın çərşənbə günü səhər tezdən Alabamanın sahil Körfəz Şors şəhəri yaxınlığına saatda 165 kilometr sürətlə əsən küləklə, gücünə görə beş kateqoriyadan ibarət fırtınanın 2-ci kateqoriyasına çevrildiyini bildirib.
Salli qasırğası istiqamətini dəyişərək, şimal-şərqə doğru döndüyünə görə Milli Qasırğa Mərkəzi Mississippi-Alabama sərhədindən başlayaraq, Florida ştatının şimalındakı Panhandl adlanan bölgəyə qədər sakinlərə qasırğa ilə bağlı xəbərdarlıq verilib.
Sinoptiklər gün ərzində bölgəyə 20 ilə 30 santimetr arasında güclü yağış yağacağını, təcrid olunmuş ərazilərdə isə 88 santimetrə çatacağını və bunun tarixi və fəlakətli daşqınlara səbəb ola biləcəyi olduğunu bildirib.
Şimal Virciniya, Şimali və Cənubi Karolina ştatlarının bəzi bölgələrinə güclü yağışların yağacağı gözlənilir.
Salli qasırğası gün ərzində Floridanın Panhandl, Alabamanın cənubu və Corciya ştatının cənub-qərb hissələrində tornadolara səbəb ola bilər.
Prezident Donald Tramp bazar ertəsi Luiziana, Mississippi və Alabamanın bəzi bölgələrində fövqaladə vəziyyətlə bağlı xəbərdarlıq edib. O, eləcə də Tweeter səhifəsində sakinləri ştat və yerli idarə orqanlarının liderlərini dinləməyə çağırıb.