Accessibility links

Salmasda peyk antennaları quraşdıran şəxslər həbs edilib


İran polisi Qərbi Azərbaycan vilayətində evlərdən peyk antennalarının toplanması və müsadirə edilməsi kampanyasını davam etdirir. Ötən günlər ərzində Salmas şəhəri və kəndlərində 400-dən artıq peyk təchizatı müsadirə edilib, habelə peyk antennaları satan və quraşdıran bir neçə şəxs nəzarət altına alınıb.

Bu barədə İranın sərhəd polisi komandirlərindən Həsən Ənvəri Fərd Fars xəbər agentliyinin Urmiyə şöbəsinə müsahibədə məlumat verib. “Salmas Sərhəd Polku gecə-gündüz çalışaraq islam və şəriətin təlimi istiqamətində cəmiyyətdə şər və günahın yayılmasının qarşısını alıb, düşmənin yumşaq təhdidi ilə mücadilə etməkdədir,” deyə İranlı zabit söyləyib.

İran qanunlarının vətəndaşların peyk antennalarından istifadə etməsini yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgələri, xususilə də Azərbaycan şəhərləri və kəndlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir.

Bəzi İran millətçiləri Güney Azərbaycanında uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlərdən türk dilini öyrənməsini “ölkənin milli təhlükəsizliyinə qarşı təhdid” kimi dəyərləndirib, məsulların bununla bağlı ölçü götürməsini istəyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG