Accessibility links

Salome Zurabişvili: Hal-hazırda Rusiya ilə əməkdaşlıq ehtimalı görmürəm


Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili BBC-yə verdiyi müsahibəsində hal-hazırda Rusiya ilə əməkdaşlıq etmək ehtimalının olmadığını deyib.

“Rusiya özünü hər gün insanların qaçırıldığı işğal xəttindəki kimi aparmağa və bu işgal xəttinin, yəni bu davamlı təhlükənin bizim ərazilərə, Tbilsiyə doğru irəliləməyə davam etdiyini, habelə Rusiyanın Ukraynaya qarşı davranışı nəzərə alındıqda, düşünmürəm ki, biz hal-hazırda əməkdaşlıq etməyə başlaya bilərik”, Zurabişvili deyib.

Zurabişvili həmçinin əlavə edib ki, Gürcüstanın – “Avropa” və “Qərb”dir. Onun sözlərinə görə, Gürcüstanın qərbli tərəfaşları Rusiya ilə dialoq aparsa, Gürcüstan höküməti də onların “yanında” olacaq.

Zurabişvili Gürcüstanda keçirilən seçkilərdə səslərin 59 faizdən çoxunu toplayaraq qalib gəlib və ölkə tarixində ilk qadın-prezident seçilib.

Rəsmi olaraq o, seçkilərə müstəqil namizəd kimi qatılmışdı. Lakin bu seçkilərdə onu, 2015-ci il parlament seçkilərində də olduğu kimi Rusiyaya dostcasına münasibət bəsləyən hakim “Gürcüstan Arzusu” partiyası dəstəkləyirdi. Partiyanın lideri oliqarx Bidzina İvanişvilidir.

XS
SM
MD
LG