Accessibility links

Miqrant ata-balanın cəsədlərinin şəkli qəzəblərə yol açıb


Bazar ertəsi Meksikanın Rio Qrande çayını keçməyə cəhd edərkən boğulan salvadorlu ata və qızın cəsədinin aşkar edilməsi ilə miqrantların vəziyyəti sosial mediada geniş yayılmağa başlayıb.

İlk dəfə Meksikanın La Jornada qəzetində dərc edilən fotoya ciddi reaksiyalar verilir.

La Jornada və Associated Press-in verdiyi məlumata görə, Oskar Alberto Martinez Ramirez ABŞ-dan sığınacaq almaq üçün uzun müddət gözlədikdən sonra bazar günü gecə çayı həyat yoldaşı və qızı ilə birlikdə keçməyə qərar verir.

Ramirez qızını çayın digər sahilinə çatdırıb, xanımı üçün geri qayıtdıqda 23 aylıq uşaq suya düşür. Qızını xilas etməyə çalışan ata suyun sürətli axarı ilə aparılır.

Şəkil siyasətçilər də daxil edilməklə, bir çoxlarının qəzəbinə yol açıb.

ABŞ prezidenti şəklə münasibət bildirərkən deyib ki, bu, ikrar doğurur. Lakin o, demokratları mühacirət siyasətini dəyişməməkdə günahlandırıb. O, bu siyasətin miqrantları təşviq etdiyini bildirib.

Senatda azlıq lideri Çak Şumer deyib ki, prezident bu şəklə necə baxa bilib.

"Prezident başa düşmür ki, insanlar zorakılıq və təqibərdən qaçır? Əgər bizim kifayət qədər liman işçilərimiz, sığınacaq hakimlərimiz və ya sığınacaq qanunlarımız olsa idi, onlar ölməzdi'' - deyə, Şumer qəzəbini ifadə edib.

Prezidentliyə namizəd Berni Sanders Facebook-da yazıb: "Bu, dəhşətdir. Trampın siyasəti sığınacaq imkanını daha da çətinləşdirir. Ailələrin dağılması qeyri-insani, qəddarcasına faciələrə yol açır. Ölümlərin qarşısını almalıyıq. Mühaciət sistemimizdə humanizmi bərpa etməliyik.''

Senatın Daxili Təhlükəsizlik Komitəsinin sədri, respublikaçı senator Ron Conson deyib ki, bu foto Konqresi işə başlamağa vadar edir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə deyib ki, vicdanımız qarşısında cavabdehik. "Ümid edirəm ki, bu, şkalanı yüksəldəcək'' - deyə o əlavə edib.

XS
SM
MD
LG