Accessibility links

Salvador Tayvanla əlaqələri Çinin xeyrinə dəyişdi


Salvador Tayvanla bütün rəsmi diplomatik əlaqələri kəsərək, Pekinin xeyrinə qərar verib. Bununla özü idarə olunan adaya Çinin bir hissəsi olduğu tanımaqla bağlı təzyiq daha da artmış oldu.

Salvadorun uzun mübarizə tarixi var. Bu gün bu qərarı verməklə, biz vətəndaşlarımıza fayda gətirəcəyimizi, hər kəsə ümid verə biləcəyimizi və gələcək çətinliklərə daha yaxşı hazırlaşa biləcəyimizi ümid edirik. Karlos Kastaneda

Salvadorun xarici işlər naziri Karlos Kastaneda çərşənbə axşamı diplomatik əlaqələrin Pekinin xeyrinə dəyişdirilməsinə dair açıqlama verib: "Salvadorun uzun mübarizə tarixi var. Bu gün bu qərarı verməklə vətəndaşlarımıza fayda gətirəcəyimizə, hər kəsə ümid verə biləcəyimizə və gələcək çətinliklərə daha yaxşı hazırlaşa biləcəyimizə ümid edirik."

Salvador Dominikan Respublikası və Burkina Fasodan sonra bu il əlaqələrini Tayvanla kəsərək Çinin xeyrinə dəyişmiş üçüncü ölkədir. Hazırda Tayvanın suverenliyini 17 kiçik yoxsul ölkə tanıyır.

Tayvanın xarici işlər naziri Cosef Vu ölkənin yalnız irəliyə doğru addımlayacağını və Çindən gələn təzyiqin ölkəni demokratiya, azadlıq və suverenlik yolunu daha da əzmlə davam etdirməyə sövq etdirəcəyini bildirib.

Cosef Vu Pekinin Tayvanı beynəlxalq aləmdən iqtisadi təcridə cəlb etmək cəhdlərinə istinad edərək, Çinin "dollar diplomatiyasını" qınayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG