Accessibility links

Salvadorda prezident seçkisi keçirilib


San Salvadorun keçmiş meri Nayib Bukele bazar günü Salvadorda keçirilən prezident seçkisində qalib gəlib.

O, bayram edən tərəfdarlarına səslərin çoxunu qazandığını və beləliklə martda ikinci raundda iştirak etməsinə ehtiyac qalmadığını söyləyib.

Bu gün biz ilk raundda qalib gəldik və tarix yazdıq. Biz ARENA və FMLN-ın ümumi səslərindən daha çox səs aldıq" - deyə, o bildirib.

Səslərin artıq 90 faizi hesablanıb və Salvadorun seçki komissiyası Bukelenin səslərin 54 faizini qazandığını açıqlayıb.

Bazar günü keçirilən səsvermədə seçici fəallığının yüksək olduğunu deyilir. Seçkidən öncəki rəy sorğularında da Bukele öndə idi.

Salvadorda 1992-ci ildə vətəndaş müharibəsi bitəndən bəri solçu FMLN və mühafizəkar ARENA partiyaları ölkə siyasətində dominantlıq edirdi.

Lakin heç bir partiya nə qanqsterləri məhv edə, nə də iqtisadiyaatı canlandıra bilib.

Özünü hər zaman liberal hesab edən Bukele hakim solçuları tənqid edib. O, namizədliyini yeni təsis olunmuş mühafizəkar Milli Birlik üçün Böyük İttifaq adlı partiyadan irəli sürüb.

Bir çox seçici deyir ki, hər iki ənənəvi partiya korrupsiyaya boğulub və ölkədə dəyişiklik olmalıdır.

XS
SM
MD
LG