Accessibility links

Samarada qadın ərinin cəsədini hökumət binasının qarşısına gətirib


Samara vilayətinin sakini fevralın 21-i axşam regional hökumət binasına içərisində həyat yoldaşının cəsədi qoyulmuş açıq tabut gətirib.

O həmin günü onu “Rubejnoe” qəbirstanlığında dəfn etməli idi, lakin yerli ayin şirkətlərin nümayəndələri ona mane olublar. Bu barədə Samara vilayətinin rəsmisi Azat Tuymasov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsi zamanı bildirib.

Rubejnoe” qəbirstanlığında əsl monopoliya var. Oradakı dəfn mərasimləri ilə ancaq bir şirkət məşğul olur.

Qadın yalnız hökumət binasının qarşısında etiraz aksiyasından sonra yoldaşının cəsədinin dəfn edə bilib, bu barədə vəfat edənin qohumu Anna Plotnikova 63.ru saytına xəbər verib. O mərhumun Samaranın yaxınlığındakı qəsəbədə dəfn olunduğunu və onun sətəlcəmdən və ürək çatışmazlığından öldüyünü deyib.

“Mən sadəcə olaraq onu dəfn etmək istəyirdim, ancaq yeddi saat Samaranın ortasında tabutla qaldıqdan sonra şok yaşadım, daha nə edərdim?” mərhumun həyat yoldaşı RİA Novostiyə deyib."Rubejnoe” qəbirstanlığında əsl monopoliya var. Oradakı dəfn mərasimləri ilə ancaq bir şirkət məşğul olur," Tuymasov dəfnlə bağlı vəziyyətə aydınlıq gətirib. "Bələdiyyə işçiləri qəbiri qazmağın yerini göstərib. Lakin sonra 30-a yaxın bandit görünüşlü adamlar gəlib. Onlar qazılacaq qəbirin yerini əhatəyə alaraq, bellərin qarşısını ayaqları və lomlarla alaraq qəbirqazanlara qəbri qazmağa mane olublar. Nəticədə qəbri qazmaq mümkün olmayıb. Saat beşdə isə qəbirstanlıq bağlanıb.”

XS
SM
MD
LG