Accessibility links

Samirə Ağayeva: Azərbaycanda siyasi məhbus problemi kökündən həll olunmalıdır


Samirə Ağayeva: Azərbaycanda siyasi məhbus problemi kökündən həll olunmalıdır
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Azərbaycan prezidenti İlham Əliyev martın 18-də hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus hesab edilən 38 nəfər də daxil olmaqla, 625 nəfərin əfv olunmasına dair sərəncam imzalayıb. Əfv sərəncamı müsbət bir addım kimi qarşılansa da, hüquq müdafiə qrupları bunun Azərbaycanda siyasi məhbus problemini həll etmədiyini bildirir. Hüquq müdafiəçisi Samirə Ağayeva Amerikanın Səsinə müsahibədə yerli hüquq müdafiəçilərinin hazırladığı iki siyahının hər birində 100-dən çox siyasi məhbusun olduğunu bildirib.

“38 nəfər siyasi məhbus azadlığa qovuşdu. Bildiyiniz kimi, bir siyahı yoxdur, iki siyahı var və hər iki siyahıda 100-dən artıq siyasi məhbus mövcuddur. Bu gün daha çox Nardaran məhbusları azadlığa qovuşub, üç nəfər Gəncə məhbusu və bir neçə nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir, daha çox fəallar idi. Mən əlbəttə ki, bütün əfv fərmanlarını müsbət qiymətləndirirəm, amma bu o demək deyil ki, Azərbaycanda siyasi məhbus problem kökündən həll olunub”, hüquq müdafiəçisi qeyd edib.

Samirə Ağayeva hüquq müdafiəçilərinin adları siyahılarda olan və siyasi məhbus kimi tanınan bütün şəxslərin “qeyd-şərtsiz azad olunmasına” və siyasi məhbus probleminin kökündən həll olunmasına çağırdıqlarını vurğulayıb.

Əgər bu adamlar siyasi düşüncələrinə, siyasi fəaliyyətinə görə həbs olunubsa, bu o deməkdir ki, onları siyasi sistem, mövcud olan sistem həbs edib.

“Çünki bu siyahılara düşən məhbusların təqsirliyi məhkəmə qaydasında sübuta yetirilməyib və kifayət qədər sübutlar yox idi, məhkəmələr ədalətli keçirilməyib. Bir çox işlərdə işgəncələrlə dolu keyslər var idi. Əgər belə hallar varsa və artıq bir neçə məhbus haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarları çıxıb və bir çox məhbuslara qarşı işgəncələr tətbiq olunmuşdu və bunlar da Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiq olunmuş hallardır. Əgər bu hallar var idisə, demək bu məhbuslar həqiqətən də qanunsuz və ədalətsiz həbsdə saxlanılır. Ona görə biz həmişə tələb etmişik ki, siyasi məhbus problemi Azərbaycanda kökündən həll olunmalıdır. Kökündən həll olması üçün də əlbəttə ki, bir nəfərin iradəsi olmalıdır. Bu bir nəfər də prezidentdir. Əgər bu adamlar siyasi düşüncələrinə, siyasi fəaliyyətinə görə həbs olunubsa, bu o deməkdir ki, onları siyasi sistem, mövcud olan sistem həbs edib. Ona görə biz həmişə bir nəfərdən tələb edirik, o da ki ölkə prezidentidir”, Samirə Ağayeva bildirib.

Hüquq müdafiəçisi problemin həlli istiqamətində beynəlxalq ictimiayyət tərəfindən təzyiqlərin effektiv rol oynaya biləcəyinə inandığını deyib.

Azərbaycan hökuməti ölkədə siyasi baxışlarına görə həbs edilənlərin olmadığını bəyan edir. Lakin yerli hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycanda təxminən 150 siyasi məhbus var.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG