Accessibility links

Samir Kazımlı: Vətəndaş cəmiyyətinin durumu ağır olaraq qalır


Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı durumu və xarici donorların ölkədə fəaliyyətinə yaradılan manelərdən danışıb.

Samir Kazımlı: Vətəndaş cəmiyyətinin durumu ağır olaraq qalır
please wait

No media source currently available

0:00 0:05:31 0:00


Amerikanın Səsi: Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı durumunu necə qiymətləndirərdiniz? İctimai sektor üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilirmi?

Samir Kazımlı: Vətəndaş cəmiyyətinin durumu yenə də ağır olaraq qalır. Müsbətə doğru heç bir irəliləyiş yoxdur. Vətəndaş cəmiyyətinə də basqılar, bildiyiniz kimi, hakimiyyət tərəfindən edilib. Qanunvericilik baxımından da vətəndaş cəmiyyətinə böyük zərbə vurulmuşdur. Bu, atılmış addımların aradan qaldırılması üçün real olaraq heç bir addım atılmır. Ona görə, bu, ölkəyə töhvə verə bilmir.

Amerikanın Səsi: Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından sonra bu sahədə hansısa yeniliklər baş veribmi?

Samir Kazımlı: İlkin olaraq müəyyən fikirlər irəli sürüldü. Amma QHT-lərlə bağlı yaradılmış agentliyin özündə bir qeyri-müəyyənlik var. Agentlik faktiki olaraq hələ də ortaya bir addım qoya bilmir. Bilmirik nə baş verir. Agentliyin özündə də qeyri-müəyyən hadisələr baş verir. Buna görə də agentlikdən gözləntilər də yüksək deyil. Çünki, ondan əvvəlki QHT şurasıının fəaliyyəti heç bir səmərə vermədi. Dövlət büdcəsindən bir o qədər vəsait ayrıldı, amma heç bir nəticəsi olmadı. Eyni sözü Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə bağlı da demək olar. Bu gün artıq məhkəmələrdə sübut olunur ki, sadəcə bu qurumlarda dövlət vəsaitini talamaqla məşğul olublar.

Amerikanın Səsi: Nazirliklərin nəzdində ictimai şuraların yaradılması dövlət qurumlarının fəaliyyətinə vətəndaş nəzarətinin təmin edilməsi sahəsində müsbət yeniliklər yaradıbmı?

Samir Kazımlı: Xeyr, yarada bilmədi. O, ictimai şuraların özü də formal olaraq həyata keçirilir. Həmən şuraların tərkibinə baxsanız, müstəqil vətəndaş cəmiyyəti təmsilşiləri təmsil olunmur. Mən özüm də bir dövlət qurumuna namizədliyimi irəli sürmüşdüm. Amma seçmədilər. Mən bunu gözləyirdim. Sadəcə bir test edirdim. İctimai şuralar da formal yaradılıb. Heç bir müsbətə doğru irəliləyiş yoxdur.

Amerikanın Səsi: Hazırda QHT-lərin fəaliyyəti üçün hasnı maneəler var?

Samir Kazımlı: Təbii var. Təbii ki, qanunvricilik hələ də bərbad vəziyyətdədir. Ondan başqa siyasi müansibət dəyişməyib. Ortaya QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı siyasi iradə qoyulmayıb. Beynəlxalq donor təşkilatların Azərbaycanda fəaliyyətinə əngəllər hələ də qalır. Hələ də qrantlarla bağlı problemlər var. Yəni qanunvericilikdə məhdudiyyətlər qoyulubdur. QHT-lər sadəcə fərdlərin üzərində qalıb. Təşkilat kimi fəaliyyət çətinləşibdir. Əngəllər hələ də qalmaqdadır.

Amerikanın Səsi: Xarici donorların Azərbaycanda fəaliyyətini bərpa etməsi üçün hansı işlər görülməlidir? Hazırda xarici və yerli donroların QHT-lərin layihələrini maliyyələşdirlməsi üçün hansı maneələr mövcuddur?

Samir Kazımlı: Birinci qanunvericilikdə dəyişkiliklər edilməlidir. İkinci, bunun üçün siyasi iradə qoyulmalıdır. Xarici donorlara, beynəlxalq təşkilatlara qarşı qara qüvvə damğaları deyimləri götürülməlidir. Əməkdaşlıq edilməlidir. Belə olan halda, əgər, xarici donorlar Azərbaycana gəlsə, vətəndaş cəmiyyəti inkişaf eləsə, bu, irəliyə doğru addım ola bilər. Bununla paralel olaraq xarici sahibkarlara da bir motivasiya yarana bilər ki, azad olunmuş ərazilərdə bərpa işlərinə cəlb oluna bilərlər. Amma xarici donorlara sən ”qara qüvvə” deyib, ölkəyə buraxmadığın, xarici sahibkarların da gözünü qorxuda bilər. Həm də bu siyasət birbaşa dövlətin əleyhinə olan siyasətdir.

Amerikanın Səsi: QHT-lərin dayanıqlı maliyyə mənbələrinin olması üçün hansı addımlar atılmalıdır? Bu sahədə qanunvericilikdə hansı dəyişikliklər zəruridir?

Samir Kazımlı: Birinci qeyri-hökümət təşkilatlarına şərait yaradılmalıdır ki, özləri fəaliyyət göstərsin. Azərbaycan hakimiyyəti inanmıram ki, bir donor təşkilatı yarada və müstəqil şəkildə o, istəyər ki, müstəqil qeyri-hökümət təşkilatlarına maliyyə yardımı etsin. Bu, inandırıcı görünmür. Amma yenə də deyirəm, bunun üçün birinci addım beynəlxalq təşkilatların, donor təşkilatların Azərbaycanda fəaliyyətinə imkan verməkdir. Buradan başlamaq lazımdır.

Rəsmilər nə deyir?

Bu deyilənlərə Prezident Administrasiyası və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Ədliyyə Nazirliyindən "Turan"a bildirilib ki, bu ilin altı ayı ərzində 76 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb və ümumilikdə dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumlarının sayı 4 min 766-ya çatıb:

"Bu qurumların 3 min 332-si ictimai birlik, 209-u fondlar, 56-sı siyasi partiya, 1 min 169-u isə digər qeyri-kommersiya qurumlarıdır".

Ekspertin sözlərinə görə, son üç-dörd ildə QHT-lərlə bağlı münasibətdə ciddi dəyişiklik yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG