Accessibility links

Samsung büküləbilən telefonunu nümayiş etdirdi


Samsung büküləbilən telefonunu nümayiş etdirdi
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Sizin iPhone-unuz bunu edə bilirmi?

Samsung çərşənbə günü San Fransisko şəhərində keçirilən developer konfransında Google-la birlikdə ərsəyə gətirdikləri ilk büküləbilən telefonun prototipini təqdim edib.

Texnologiya nəhəngi bildirib ki, cihaz növbəti ildən etibarən bazara çıxarılacaq. Samsung telefonun dizaynını təqdim edib və Android developerlərinə telefon üçün yeni applikasiyalar yaratmaq üçün çağırış edib.

Bükülə bilən telefon istifadəçilərə cibə yerləşən bir cihazla daha böyük ekranlı planşetə sahib olmaq imkanı verir. Hal-hazırda Samsung-dan əlavə daha bir neçə texnologiya şirkəti bu cür cihaz yaratmaq üzərində işləyir.

Çinin Huawei şirkəti də 2019-cu ilin ortalarına qədər bükülə bilən 5G smartfonların təqdim etməyi planlaşdırdığını bildirib.

Həm Samsung, həm də Huawei telefonlarının ekranı Çin şirkəti olan Royole tərəfindən hazırlanıb.

Şirkət bu həftənin əvvəlində San Fransiskoda bir qrup jurnalist qarşısında özünün yeni FlexPai adlı məhsulunu təqdim edib.

Şirkətin icraçı direktoru Bill Lienin verdiyi məlumata görə, telefon bu ilin sonlarında satışa çıxarılacaq və FlexPai-yə sahib olmaq sizə 1300 dollara başa gələcək.

"Siz telefon və plaşeti ayrı-ayrılıqda almalı olmayacaqsız. İndi siz sadəcə bir cihaza sahib olacaqsız. Üstəlik biz şüşədən istifadə etmədiyimiz üçün sizin ekranın qırılmağından da narahat olmaya bilərsiz.'' - deyə, Bill Lie bildirib.

Bazara çıxarıldıqdan sonra yeni texnologiya çox insanı təəccübləndirəcək.

Hələlik isə Samsunq nə developerlərə, nə də mediaya yeni prototipi yaxından nəzərdən keçirməyə və ona toxunmağa icazə vermir.

XS
SM
MD
LG