Accessibility links

Samsung-un gəlirlərində 33.3 faizlik azalma


Bu gün Samsung Electronics şirkəti ilin 3-cü rübündə ciddi gəlir itikisi ilə üzləşdiyi açıqlayıb. Bu, xüsusilə şirkətin mühüm məhsulu olan Galaxy Note 7-də problemlərin baş qaldırması ilə yaşanıb.

Cənubi Koreya telekom şirkəti 3-cü rübdə 33.3 faizlik itki qeydə alıb. Belə ki, gəlirlər 6.9 milyard dollardan 4.6 milyard dollara enib. Bəyanat son iki gündə birjalarda Samsung-un səhmlərinin 9 faiz aşağı düşməsindən sonra açıqlanıb.

Birincə və ən mühüm məsələ Galaxy Note 7 məsələsini müsbət not üzərində bir dəfəlik bağlamaqdır. Başqa mühüm məsələ Galaxy S8-in etibarlılığını müştərilərə inandırmaqdır. Bu smartfon gələn ilin əvvəlində satışa çıxarılacaq.
Analitik Con Park

"Birincə və ən mühüm məsələ Galaxy Note 7 məsələsini müsbət not üzərində bir dəfəlik bağlamaqdır. Başqa mühüm məsələ Galaxy S8-in etibarlılığını müştərilərə inandırmaqdır. Bu smartfon gələn ilin əvvəlində satışa çıxarılacaq" - deyə analitik Con Park bildirir.

Cənubi Koreyanın texnologiya nəhəngi problemlərlə "Note-7"-nin avqust ayında alovlanmasından sonra üzləşib. Elektron şirkətləri sentyabr ayında "Note-7"dəki batareyalarında nöqsan olduğu üçün 2.5 milyon telefon geri çağırıldığını təsdiq etsə də, media xəbərlərində təmir edilən telefonların da yenidən alışdığı bildirilib.

Keçən həftə Southwest Airlines şirkətinin təyyarəsində "Note-7" tüstülənməyə başladığı üçün bütün sərnişinlər evakuasiya edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG