Accessibility links

Barak Obama İranla razılıq əldə edilməsini müdafiə edib


ABŞ prezidenti Barak Obama dünya qüdrətlərinin İranla əldə etdikləri nüvə razılığını müdafiə edərək, razılığı təhlükəsizlik naminə atılan addım adlandırıb.

İsrail rəsmiləri və Konqresin bəzi üzvləri razılığı tənqid edərək, İranın nüvə proqramının əksər hissəsinə toxunulmayacağını və İrana qarşı sanksiyalarda daha çox güzəşdə gediləcəyini deyib.

Cənab Obama dünən San Fransiskodakı çıxışı zamanı deyib ki, hətta razılıq əldə edildikdən sonra belə İranın nüvə silahı inkişaf etdirməsinə yol verməmək üçün bütün variantlar qüvvədə qalacaq.

Razılıq İranın nüvə proqramının müəyyən hissəsinin məhtudlaşdırılmasını və ya dondurulmasını və ölkədə altı ay müddətində daha da çox təftiş aparılmasını nəzərdə tutur.

Bunun qarşılığında BMT Təhlükəsizlik Şurası və ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın daxil olduğu dünya qüdrətlərindən ibarət qrup İran iqtisadiyyatına tətbiq edilən sanksiyaların bəzilərini yüngülləşdirəcək.
XS
SM
MD
LG