Accessibility links

Sanders Klintona rəsmən dəstək bildirdi


Hillari Klinton və Berni Sanders Nyu Hempşir ştatında kampaniya zamanı
Hillari Klinton və Berni Sanders Nyu Hempşir ştatında kampaniya zamanı

Vermont senatoru Berni Sanders Hillari Klintona Demokrat partiyasının prezidentliyə namizədi kimi dəstəyini bildirib.

ABŞ prezidentliyinə iki rəqib demokrat namizəd bu gün Nyu Hempşir ştatında birgə kampaniya tədbirində iştirak edib. Bu, Hillari Klintonun Şimali Karolina ştatında keçirdiyi kampaniya tədbirində prezident Barak Obamanın iştirakından bir həftə sonra baş verir.

Klinton v Sanders birgə verdikləri bəyanatda çərşənbə axşamı günü keçirilmiş seçki tədbirində əsas diqqətin "birgə daha güclü və iqtisadi cəhətdən hamının faydalandığı bir Amerika qurmaq" məsələsinə yönəldiyini bildiriblər.

Bu məsələ hər iki kampaniyada, xüsusilə də Sandersin kampaniyasında əsas prioritet məsələlər arasında olub. Namizədlik kampaniyası müddətində özünü demokrat sosialist adlandıran Sanders zənginlərin Amerika siyasətinə təsirini kəskin şəkildə tənqidlərə məruz qoymuşdu.

Klinton bu ayın sonu partiya qurultayına qədər rəsmən prezidentliyə namizəd hesab edilmir. Sanders Nyu Hempşirdə Respublikaçılar partiyasının ehtimali namizədi, biznesmen Donald Trampı məğlub etmək üçün əlindən gələni edəcəyini aydın şəkildə ifadə edib.

Bu, Sandersin bundan sonra Klintonun kampaniyasına dəstək verməsi deməkdir. Hillari Klinton bununla hər bir ştatda keçirilən ilkin seçkilər-praymerilərdə Sandersə səs vermiş, xüsusilə də gənc seçicilərin dəstəyindən faydalana bilər.

Praymerilərdən sonra Klinton və Sandersin seçki kampaniyaları əsas diqqəti Demokrat partyasının siyasi platformasının hazırlanmasına yönəldib. Buraya iqlim dəyişikliyi məsələsində güzəştlər, səhiyyə xidmətləri və minimum əmək haqqının artırılması daxildir.

Donald Tramp partiyadan nominasiyanı alacaq ilk namizəd olacaq. Respublikaçılar partiyasının qurultayı gələn həftə Ohayo ştatının Klivlend şəhərində keçiriləcək.

XS
SM
MD
LG