Accessibility links

Sanders Nyu-Hempşir praymerisində qələbə çaldı


Sanders Nyu-Hempşir praymerisində qələbə çaldı
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Sanders Nyu-Hempşir praymerisində qələbə çaldı

Vermont ştatından senator Berni Sanders Nyu-Hempşirdə keçirilən praymeridə qələbə çalaraq, Demokrat Partiyasından prezidentliyə nominasiya almaq yolunda irəli çıxıb. İkinci yerdə İndiana ştatının South Bend şəhərinin keçmiş meri Pit Buticec, ondan sonra isə kampaniyasının uğuru ilə çoxlarını təəccübləndirən Minnesota senatoru Emi Klobuçar gəlir.

Berni Sanders Nyu-Hempşir praymerisində proqressiv demokratlar və gənc seçicilərin güclü dəstəyi sayəsində önə çıxıb.

Demokrat namizəd Berni Sanders: “Bizim kampaniyamızın məqsədi təkcə Trampı məğlub etməkdən ibarət deyil. Bu, ölkəni transformasiya etmək deməkdir. Bu, Uoll Strit, sığorta şirkətləri, farmasevtika şirkətləri, karbon yanacağı sənayesi və hərbi-sənaye kompleksinə qarşı mübarizə aparmaq üçün cəsarət deməkdir.”

Demokrat namizəd, İndiana ştatının South Bend şəhərinin keçmiş meri Pit Buticec
Demokrat namizəd, İndiana ştatının South Bend şəhərinin keçmiş meri Pit Buticec

Keçmiş mer Pit Buticec keçən həftə Ayovada birinci yerə çıxdıqdan sonra Nyu-Hempşirdə Sandersdən sonra ikinci yerdə gəlir.

O, demokratları bir araya gətirməyə söz verib.

Demokrat namizəd Pit Buticec: “Bəziləri bizə deyirdi ki, siz ya inqilab, ya da status-kvo tərəfdarısınız. Amerikalıların çoxu bu qütbləşmiş baxış çərçivəsinə sığmır. Biz Amerikanın müasir tarixində ən bölücü prezidenti bizimlə 100 faiz razılaşmalayanları rədd etməklə məğlub edə bilmərik.”

Minnesota senatoru Emi Klobuçar
Minnesota senatoru Emi Klobuçar

Nyu-Hempşir praymerisində ən gözlənilməz nəticəni üçüncü yerdə gələn Minnesota senatoru Emi Klobuçar göstərdi.

Klobuçar mötədil seçiçilərin dəstəyinin artması və keçən həftə debatda parlaq çıxışı sayəsində kampaniyasını gücləndirə bildi.

Senator Emi Klobuçar: “Donald Trampın ən qorxulu kabusu arada qalan, ad verilmək və böhtanlardan yorulan insanların noyabrda səs vermək üçün namizədinin olmasıdır.”

Massaçusets senatoru Elizabet Uorren
Massaçusets senatoru Elizabet Uorren

Klobuçarın üçlüyə daxil olması Massaçusets senatoru Elizabet Uorren və keçmiş vitse-prezident Co Baydenin arxada qalması deməkdir.

Baydenin beşinci yerdə olması onun prezidentlik şanslarına zərbə endirsə də, o, Cənubi Karolinada tərəfdarları qarşısında çıxışında yarışlarda iştirakını davam etdirəcəyini deyib.

Demokrat namizəd Co Bayden: “Ona görə də bu analitiklər və təhlilçilər bu seçki yarışları haqda danışanda deyin ki, yarış hələ bitməyib. Biz hələ indi başlamışıq!”

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden
ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden

Elizabet Uorren də yarışlara davam edəcəyini deyib: “Bizim kampaniyamız Donald Trampı noyabr ayında məğlub etmək üçün ən yaxşı mövqedədir, çünki biz partiyamızı birləşdirə bilərik.”

Nyu-Hempşirli seçicilərin çoxu prezident Trampı noyabrda məğlub edəcək ən güclü namizədə səs vermək istəyir.

Tina Olson, Sanders tərəfdarı: “Bəli, mən ürəyimi dinləyib səs verdim. Mən hər şeydən çox ona onanıram ki, hamının Medicare (hökumət tərəfindən tibbi sığorta-red.) sığortası olmalıdır. Biz bunun olmadığı yeganə inkişaf etmiş ölkəyik.”

Emi Klobubçar tərəfdarı Liz-Ann Platt: “Açığını deyim ki, kim nominasiya alsa, mən ona səs verəcəm.”

Biznesmen Endrü Yanq və Kolorado senatoru Maykl Bennet Nyu Hemşirdə zəif göstəricilərdən sonra kampaniyalarına son qoydular.

Demokrat namizədlər bundan sonra Nevada və Cənubi Karolina ştatlarında praymerilərdə yarışacaq.

XS
SM
MD
LG