Accessibility links

Sankt Peterburqda supermarketdə partlayış nəticəsində 10 nəfər yaralanıb


Sank Peterburqda supermarketlərin birində evdə hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb. Yaralananların xəstəxanaya aparıldığı bildirilir.

“İlkin informasiyaya görə, mağazada müəyyən edilməmiş əşya partlayıb”, Təhqiqat Komitəsinin sözçüsü Svetlana Petrenko açıqladığı bəyanatda bildirib.

Bəyanatda deyilir ki, partlayışa metal parçalardan evdə hazırlanmış bomba səbəb olub. Bombanın gücü trotil ekvivalentində 200 qram olub.

Təhqiqatçılar qətl cəhdi ilə əlaqədar cinayət işi açıb.

Səhiyyə orqanlarının rəsmilərinin bildirdiyinə görə, yaralananların heç birinin həyatı üçün təhlükə yoxdur.

Hücumun motivləri hələlik aydın deyil.

XS
SM
MD
LG