Accessibility links

Sanksiyaların Azərbaycanın Rusiya bankındakı emissiyalarına təsiri


VTB Bank
VTB Bank

ARDNF VTB Bankın əlavə səhm emissiyasının 2,95% alıb

Avropa İttifaqı avqustun 31-dən Rusiyaya qarşı sektoral sanksiyalara başlayıb. “Sberbank”, “VTB”, “Qazprombank”, “Vneştorqbank” və “Rosselxozbank” sanksiyalara məruz qalacaq.

2013-cü ilin mayında Norveç Suveren Fondu VTB Bankın əlavə səhm emissiyasının 4,28%, Qətər Suveren Fondu və ARDNF hərəyə 2,95% alıb

Sanksiyalar VTB-nin kapitallaşmasına necə təsir edəcək? ARDNF-nin 400 mln dollar vəsaiti qiymətdən düşməyəcək?

ARDNF-dən Turan agentliyinə bildiriblər ki, “VTB-nin səhmlərinin alışı ARDNF-nin investisiya siyasətinə uyğun olaraq uzunmüddətli gəlirlilik və investisiya portfelinin daha çox şaxələndirilməsi üçün alınıb”.

“VTB Bankın dayanıqlılığı və kredit qabiliyyətini nəzərə alaraq hesab edirik ki, sanksiyalar, eləcə də onlarla bağlı məhdudiyyətlər investorlar, əmanətçilər və kreditorlar qarşısında öhdəliklərə təsir etməyəcək. Bu dəyişikliklər qısamüddətli titrəyiş yarada bilər, amma ARDNF-nin investisiya strategiyası uzunmüddətlidir, bu səbəbdən sanksiyaların investisiyalarımıza ciddi təsirini gözləmirik”, deyə Turana bildiriblər.

Qeyd edək ki, bir həftə əvvəl Norveç Suveren Fondunun təmsilçisi bəyan edib ki, Rusiya ətrafında situasiyanı diqqətlə öyrənirlər. “Sanksiyalar sərtləşsə, vəsaitləri Rusiyadan çıxarmaq imkanına baxacağıq”, deyə Norveç təmsilçisi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG