Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri bildirib ki, Sankt-Peterburq şəhərində hərbi məktəbdə partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, naməlum partlayıcı qurğu Sankt-Peterburqun nüfuzlu Mojayski adına hərbi akademiyasında ordunun raketdən müdafiə birləşməsi üçün zabitlərə təlim keçirilən zaman işə düşüb.
Nazirlik bildirib ki, sözü gedən üç nəfər həyat üçün təhlükəli xəsarətlər almayıb və onlara tibbi yardım göstərilib.
Fövqəladə hallar üzrə rəsmilər Rusiya xəbər agentliyi RIA Novostiyə bildiriblər ki, partlayış birinci mərtəbədə yerləşən sinif otağını titrədib, pilləkənlərin dağılmasına və təxminən 20 nəfərin içəridə ilişib qalmasına səbəb olub. Həmin adamlar daha sonra xilas edilib.
Rusiyanın ən böyük hərbi akademiyalarından biri Müdafiə Nazirliyinə aiddir və hava və fəzada müdafiəs, eləcə də ordunun digər hissəsləri üçün zabitlər hazırlayır.
Akademiya Sankt-Peterburq şəhərinin mərkəzində yerləşir.