Accessibility links

Sankt-Peterburqda “Ruslar Putin əleyhinə” şüarı ilə aksiya keçirilib


Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində “Ruslar Putin əleyhinə” şüarı ilə aksiya keçirilib. Dünənki namüyişlə müqayisədə bu aksiya izdihamlı olmayıb. Polis 150, təşkilatçılar isə 800 adamın aksiyada iştirak etdiyini bildirib. Mitinqin təşkilatçılarından biri polisə meydana mina yerləşdirildiyi barədə xəbərdarlıq zəngi edildiyini və meydanın yoxlanış üçün boşaldılmasını tələb edib. Lakin hüquq-mühafizə orqanı işçiləri və kinoloqların təhqiqatı nəticəsində heç nə aşkar edilməyib.
Aksiya iştirakçıları parlamenti dekabr seçkilərindən sonra qeyri-legitim adlandırıb. Nümayiş zamanı martın 31 və mayın 1-də təşkil ediləcək yürüşə qatılmaq çağırışları da səslənib.



XS
SM
MD
LG