Accessibility links

Santa Barbaranın Montesito şəhəri palçığın altında qalıb [Video]


Santa Barbaranın Montesito şəhəri palçığın altında qalıb
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Xilasedicilər Kaliforniyanın Santa Barbara mahalındakı torpaq sürüşməsindən sonra hələ də itkin düşən insanların axtarışını davam edir. Çərşənbə axşamından başlayan güclü yağışlar, yamaclardan axan palçıq Santa Barbaranın Montesito şəhərindəki evləri və yolları ağuşuna alıb. Çərşənbə günü 15 nəfərin öldüyü, çox sayda insanın itkin düşdüyü bildirilib. Yüzlərlə insan isə palçıq və dağıntıların olduğu yollarda ilişib qalıb.

Çərşənbə günü xilasedicilər qatı palçığın olduğu yerlərdə ilişib qalan insanları xilas etməyə çalışıb. Bəzi insanlar evlərindən vertolyotlar vasitəsilə çıxarılıb. Torpaq sürüşməsi şəhərin yollarının qatı palçıqla bürünməsinə, 100-ə yaxın evin dağılmasına səbəb olub.

Keçən ay baş verən yanğınlar zamanı Montesitonun yamaclarındakı ağaclar yandığına görə palçığın qarşısının alınması mümkün olmayıb. Ağır palçıq böyük daşları yerindən oynadaraq, evlərin və avtomobillərin üzərinə sürükləyib. Bəzi hallarda palçıq evləri tamamilə örtüb. Santa Barbara mahalının polis idarəsinin rəisi Bill Braun: “Mən bunu yalnız bir cümlə ilə ifadə edə bilərəm, bu, I Dünya Müharibəsinə bənzəyirdi.”

Yerli rəsmilər minlərlə insana evakuasiya barədə xəbərdarlıq etsə də, sakinlərin cəmi 10-15 faizi buna əməl edib. Bəziləri isə keçən ay baş verən yanğınlar zamanı evakuasiya edildikləri üçün yenidən evakuasiyaya hazır deyildi. “Keçən gecə evakuasiya barədə xəbərdarlıq gəldi. Mən dedim ki, bezmişəm bu sözü eşitməkdən və heç yerə getmirəm. Biz yalnız yağış yağacağını düşündük. Əvvəllər də yağışlar yağardı, lakin belə şey olmamışdı” deyə. Montesito sakini Kerol Bennet bildirir.

Bəzi insanlar hər iki fəlakətdən, həm yanğından, həm də torpaq sürüşməsindən zərər çəkib. Çarls Stups: “Əvvəlcə yanğın oldu və rançomuz yandı, indi isə sel gəldi. Keçən ay baş verən yanğın daha ağır nəticələr verdi. Bu, əvvəllər də baş verib, lakin yanğın betəri idi.”

Santa Barbara mahalı yaşıl dağlarla Sakit Okean sahillərinin arasında yerləşir və özünün təbiəti ilə torpaq sürüşməsi mülkünə zərər vuran Opra Vinfrey kimi zəngin ailələri cəlb edir. Opra Vinfrey: “Burada hasar var idi. Qonşumun evi də dağılıb.”

Çərşənbə günü səhər 300 yaxın insan evlərində ilişib qalıb, 20-dən çox insan isə itkin düşüb. Rəsmilər 8 min hektara yaxın ərazinı təhlükəli zona elan edib və həmin əraziyə yalnız təcili yardım qurplarının daxil ola biləcəyini bildirib. Bölgədə nə su, nə də elektrik var.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG