Accessibility links

17 yaşlı qızın cəsədi Pakistana aparılıb


Texas ştatının Santa Fe şəhər məktəbindəki atışma nəticəsində həlak olan 17 yaşlı qızın cəsədi Pakistana aparılıb.

Tələbə mübadiləsi proqramı ilə Amerikaya gələn Sabika Şeyx öldürülən 10 nəfər arasında olub.

O, Ramazan bayramı münasibəti ilə bir neçə həftə sonra vətəni Kəraçiyə getməyi planlaşdırırdı.

Ailənin böyük uşağı olan Sabika Amerikada təhsilə ötən avqust ayında başlamışdı.

Qızının cəsədini göz yaşları ilə qarşılayan atası-Əbdül Əziz Şeyx ABŞ-da silahlara nəzarət qanunlarının kəskinləşdiriləcəyinə ümid etdiyini deyib.

Dəfn mərasiminə minlərlə insanla birlikdə əyalət valisi də qatılıb.

"Ölümündən əvvəl o, yalnız mənim qızım idi, indi isə qızım onun matəmini saxlayan bütün sevgi dolu insanların övladıdır” - deyə, ata bildirib.

Təhqiqatçılar hələ də 10 nəfərin ölümünə səbəb olan hücumun motivlərini araşdırır.

17 yaşlı şübhəli ​yə qarşı qətl ittihamı irəli sürülüb.

Texas qubernatoru Qreq Abbott şübhəlinin evindən partlayıcı maddələr və yanğın bombası aşkar edildiyini bildirib.

Abbot onun susmaq hüququndan istifadə etdiyini, ilkin məqsədinin intihar olduğunu deyib.

Hücum zamanı iki silahdan-tapanca və revolverdən istifadə edilib. Silahlar hücumçunun atasının olub.

Hadisə qurbanları arasında müəllim əvəzləyicisi də olub.

ABŞ prezidenti hadisəni son zamanlar ölkədə baş verən silahlı hücumların ən dəhşətlisi adlandıraraq, ölənlərin ailə üzvlərinə onlara daimi dəstək veriləcəyini bildirib.

Tramp özünə və başqalarına təhlükə törədənlərin əllərindən silahlarının alınacağına and içib.

Texas qubernatoru hadisəni Texasın məktəb tarixində ən ağır hücum adlandırıb

Hadisədən sonra silahlara nəzarətlə bağlı debatlar yenidən baş qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG