Accessibility links

Bakıda toz dumanı artacaq


Ekologiya nazirliyi xəbərdarlıq edir
Ekologiya nazirliyi xəbərdarlıq edir

Buna səbəb Türkmənistan ərazisindəki toz dumanıdır

Avqust 23-də səhər saatlarında Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Məlumatda deyilir ki, havada tozun miqdarının artmasına səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Nazirlik bildirir ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun yüksək olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG