Accessibility links

“Sarı jiletlilər”-in yeni ildə ilk aksiyası


Yanvarın 5-də fransalı “Sarı jilet” etirazçıları 2019-cu ilin ilk nümayişini keçirmək üçün Paris küçələrinə axışıblar.

Reuters agentliyinin məlumatına əsasən, Fransa hökumətinin rəsmi nümayəndəsi Bencamin Qrivo bildirib ki, 2019-cu ildə keçirilən ilk iclasda prezident Emmanuel Makron nazirlərə ölkədə keçirilən islahatlar prosesində onların qayda-qanunu bərpa etmək üçün daha radikal olmalarının gərəkdiyini qeyd edib.

Qiymət artımı ilə bağlı təşkil edilən etiraz aksiyaları Parisin və digər böyük şəhərlərin dağıdılmasına səbəb olduğundan, Makron güzəştə getməyə məcbur olmaqla yanaşı, həmçinin planlaşdırılmış yanacaq vergilərini də təxirə salmalı olub.

“Sarı jilet” hərəkatının rəhbərlərindən biri Erik Dru yanvarın 2-si polis tərəfindən razılaşdırılmamış ektiraz aksiyasının təşkilinə görə saxlanılsa da, növbəti gün azad edilib.

Makronun tənqidçiləri onun sərt reaksiyasının yanlış olduğunu və bununla da durumu daha da qəlizləşdirmiş olduğunu bildiriblər.

Fransada etirazlar noyabrın ortalarında 2019-cu ildən yanacağın qiymətinin artırılacağı barədə xəbərdən sonra başlayıb. “Sarı jilet” hərəkatı çərçivəsində paytaxt Paris və digər şəhərlərdə dükanlar qarət olunub, avtomobillər yandırılıb. Polislə qarşıdurmalarda yüzlərlə adam xəsarət alıb, 2000-dək adam saxlanıb.

XS
SM
MD
LG