Accessibility links

Sarı jiletlilərin etirazları Fransaya 170 milyon avroluq ziyan vurub


Sarı jiletlilərin etirazları ölkəyə 170 milyon avroluq zərər vurub
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Fransanın maliyyə naziri Bruno Le Mari bazar ertəsi müxbirlərə bildirib ki, Fransada sarı jiletlilərin etirazları başlayandan bəri şəhər vurulan ziyanın dəyəri azı 170 milyard dollardır. O həmçinin əlavə edib ki, bu rəqəmə Şanzelizedə ötən həftə baş verən iğtişaş və qarət hallarının vurduğu ziyan daxil deyil.

Hökümət əleyhinə etirazlar fransalıların Parislə ölkənin digər yoxsul hissələri, habelə yoxsul insanlarla zənginlər arasında daha az bərabərsizliyin olmasını istədiyini göstərir.

“Bu zorakılığa dərhal son qoyulmalıdır. Bu, mağaza sahibləri, kiçik sahibkarlar və bütövlükdə iqtisadiyyatın əsas tələbidir” – deyə, Fransanın maliyyə naziri Bruno Le Mari bildirib.

Bu səbəbdən də noyabr ayından bəri ən pis zorakılıq hallarında Yelisey Çölləri (Şanzelize) bulvarı və oradakı butiklər hədəf alınıb. Şanzelize və butikləri uğurlu, zəngin burjua Parisin simvoludur. Yoxsullar isə onlardan nifrət edir.

“Sığorta şirkətlərinə təqdim olunan bəyanların ümumi dəyəri 170 milyon avro təşkil edir. Ümumilikdə 10 min bəyan təqdim olunub, onlardan 6 mini maşın üçün, 4 mini isə biznes üçündür. Buna şənbə günü dəyən ziyan daxil deyil. Etirazların iqtisadi təsirləri ciddidir. Bu, Fransanın imicinə, xalqımızın imicinə, ölkəmizin cazibədarlığına bilavasitə, uzun-müddətli təsir göstərir”, Le Mer söyləyib.

Makron və onun siyasətinə qarşı etirazların davam etdiyi 18-ci şənbə günündə Zəfər Tağında başlayan prospekt hədəf alınıb. İnsanlar bankların pəncərələrini sındırıb, restoranlarda dələduzluq edib, qəzet köşklərini yandırıb və lüks mağazaları qarət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG