Accessibility links

Sarablı məhbuslar Təbrizdən öz şəhərlərinin həbsxanasına köçürülüb


ETTELAAT-ın (İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi) Təbriz şöbəsi tərəfindən istintaqı aparılan 10 sarablı siyasi məhbusun 4-ü Sarab şəhərinin həbsxanasına köçürülüb. HRANA dörd siyasi fəalın adını açılayıb- Babək Bəqayi, Hamid Məlikabadi, Daryuş Pərvanə və Camal Musəvinəjad. HRANA ötən həftə bir neçə nəfərin də nəzarət altına alındığını xəbər verir.

AZOH xəbər agentliyi Camal Musəvinəjadın səhhətinin ağırlaşdığını yazsa da, onun işgəncəyə məruz qalması barədə məlumat verməyib. Fədailər azlığı adlı vebsayt 10 sarablının tutulmasını təsdiq edib və onlardan əlavə Səhənd Məali, Əli Səmədpur və Əli Bişarətdin də adını çəkib.

Bu siyasi və mədəni fəalların müəllim və universitet tələbələri olduğu bildirilir. Onlar nəzarət altına alınarkən ailə üzvləri təhqir edilib və nəzarət altına alınanlar ailə üzvləri qarşısında döyülüb.

İran qanunvericiliyinə görə müttəhimlər nəzarət altına alındıqları yerdə mühakimə edilməlidir. Hazırda məhkəmə onları zəmanətə buraxmalı olacaq.
XS
SM
MD
LG