Accessibility links

Sarabda milli fəal Səhənd Məali həbs edilib


Səhənd Məali
Səhənd Məali

İran Azərbaycanının Sarab şəhərində yaşayan milli fəal Səhənd Məali iyunun 30-da təhlükəsizlik qüvvələri tərəfindən həbs cəzasının tətbiq edilməsi üçün saxlanılaraq Sarab həbsxanasına köçürülüb. Həmin gün axşam saatlarında Səhənd Məali ailəsinə zəng edərək, Sarab şəhərinin həbsxanasına köçürüldüyünü bildirib.

Şərqi Azərbaycan vilayətinin Sarab şəhəri sakini olan türk fəala ötən ilin iyul ayında 10 aylıq həbs müddətini çəkdiyi zaman bir il daha həbs və pul cəriməsi cəzası verilmişdi.

HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Məalinin ikinci həbs hökmündə dosyesində ona qarşı irəli sürülən “məmurlarla toqquşma və yaralama” ittihamı verilsə də, hökm göstərmədən onu döyərək həbs edən məmurlara qarşı müqavimət göstərdiyi üçün bir il həbs cəzası çıxarıldığı deyilir. Güneyli fəal hakim Mehdi Şəmsin sədrliyi ilə Sarab İnqilab Məhkəməsi tərəfindən "Babək qalasında mitinqdə iştirak etməyə dəvət edən vərəqələr paylamaqla rejimə qarşı təbliğat aparmaq" ittihamı ilə 10 aylıq qiyabi həbs cəzasına məhkum edilmişdi. Daha sonra həmin hökm Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qüvvədə saxlanmışdı. Həmin fəala verilən 10 aylıq həbs cəzası 2018-ci ilin iyulunda Babək qalası tədbirləri zamanında tutulduqdan sonra çıxarılmışdı.

Son zamanlarda İran məhkəmələri türk fəallara qarşı basqıları artaraq, həbs və şallaq hökmləri tətbiq etməkdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG